Daha bir məşhur güləşçimiz karyerasını bitirdi
08:44 15.03.2021
İdman
428
Daha bir titullu güləşçimiz karyerasını başa vurub.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, yunan-Roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Elvin Mürsəliyev karyerasını bitirib.
Onun Azərbaycan Güləş Federasiyasının son məşqlərdən qoyduğu videolarda komandanı məşqçi kimi kənardan izləməsi diqqətdən yayınmayıb.
32 yaşlı idmançı Oxu.Az-a açıqlamasında karyerasını bitirməsini təsdiqləyib:
“Zədələr karyeramı davam etdirməyə imkan vermir. Demək olar ki, yaş da öz sözünü deyir. Özümü tam toparlaya bilmirəm. Millimizin Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirinə hazırlığında məşqçilər korpusuna kömək edirdim.
Ancaq hələ məşqçiliyə başlamamışam. Federasiya tərəfindən etimad göstərilsə, məşqçi kimi işə başlaya bilərəm”.
Qeyd edək ki, ötən ilin sonlarında sərbəst güləş üzrə Avropa çempionu Cəbrayıl Həsənov karyerasını bitirib. O, yanvarda gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.
Həmçinin, yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev karyerasını erkən bitirərək böyüklərdən ibarət millidə məşqçi kimə işə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə