Hacı Əliyev Avropa çempionatında iştirak etməyəcək
14:09 15.04.2021
İdman
465
Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilər müəyyənləşib.
Oxu.Az xəbər verir ki, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (-57 kq), Əhmədnəbi Qvarzatilov (-61 kq), Əli Rəhimzadə (-65 kq), Turan Bayramov (-70 kq), Əşrəf Aşırov (-74 kq), Rəşad Yusifli (-79 kq), Hacımurad Məhəmmədsəidov (-86 kq), Osman Nurməhəmmədov (-92 kq) və Şamil Zubairov (-97 kq) mübarizə aparacaq.
Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. Növbəti gün 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkilərdə çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.
Göründüyü kimi, sərbəst güləş üzrə üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev bu yarışda mübarizə aparmayacaq. Bu isə o deməkdir ki, karyerasını Olimpiadadan sonra bitirməyi planlaşdıran Hacı dördüncü dəfə qitənin ən güclüsü ola bilməyəcək. Həmçinin Mahir Əmiraslanov, Şərif Şərifov və Camaləddin Məhəmmədov kimi aparıcı yığma üzvləri də bu yarışda olmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm