Hacı Əliyev: “Çempionata qatılmamağım öz istəyimlə bağlıdır”
14:53 15.04.2021
İdman
518
“Avropa çempionatında iştirak etməməyim öz istəyimlə bağlıdır. Olimpiada qabağı mümkün zədə ilə üzləşməmək üçün bu yarışı buraxacağam”.
Bunu Oxu.Az-a sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev deyib.
Bu ay Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında 65 kq çəki dərəcəsində Hacı Əliyev iştirak etməyəcək. Onu bu yarışda gənc Əli Rəhimzadə əvəzləyəcək.
Bununla belə, o bildirib ki, Olimpiadaya qədər bir yarışda qüvvəsini sınamağa çalışacaq:
“Praktika üçün bir yarışda iştirak edəcəyəm. Bu, iyunda ya Varşavadakı reytinq yarışı, ya da İstanbulda Yaşar Doğunun xatirəsinə keçirilən beynəlxalq turnir olacaq. O ərəfədə buna qərar veriləcək”.
“Dördüncü dəfə Avropa çempionu olmaq istəmədiniz?” sualına isə Hacı Əliyev yarızarafat, yarıciddi belə cavab verib: “Kim deyir ki, Olimpiadadan sonra karyeramı bitirəcəyəm. Bəlkə 2022-ci ildəki Avropa çempionatına qatılıb dördüncü dəfə qızıl medal qazandım”.
Qeyd edək ki, altı gün sonra 30 yaşını qeyd edəcək Hacı Əliyev müsahibələrində Tokio Olimpiadasından sonra karyerasını bitirəcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm