İdmançımız finaldakı məğlubiyyətindən DANIŞDI
11:30 22.04.2021
İdman
489
İlk dəfə böyüklərin Avropa çempionatında iştirak edən Turan Bayramov debütünü gümüş medalla qeyd edib.
Məsul yarışda 70 kq-da bu uğura imza atan 20 yaşlı sərbəst güləşçi çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının saytına danışıb:
“Bu kateqoriya mənim üçün yenidir. Bildiyiniz kimi, bundan əvvəl 65 kq-da çıxış edib, nəticə vermişəm. Avropa çempionatı kimi nüfuzlu yarışda iştirak etmək məsuliyyətimi daha da artırdı. 70 kq-da belə yüksək nəticə göstərməyimin ən böyük səbəbi yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz idi. Göygöldə fiziki hazırlıq üzrə yaxşı məşqlər keçdik. Ona görə də yarışda fiziki cəhətdən çətinlik çəkmədim.
Rəqiblərimə gəlincə, adətən, yarışdan bir gün əvvəl rəqiblərimi analiz edirəm. Qarşılaşdığım güləşçilər nəticə vermiş idmançılar idi. Böyük Britaniyadan olan rəqibim daha öncə bürünc medal uğrunda güləşib, dəfələrlə nüfuzlu yarışlarda iştirak edib. Türkiyəli Haydar Yavuz sonuncu Avropa üçüncüsü idi. Fərdi Dünya Kubokunda da gümüş medal qazanıb. Onunla görüş gərgin mübarizə şəraitində keçdi. Ancaq yaxşı fiziki hazırlıq keçməyim bu qarşılaşmada mənə çox kömək oldu. Yarımfinalda üz-üzə gəldiyim ukraynalı idmançını 23 yaşadək güləşçilərin dünya çempionatından tanıyırdım. Onun güləşini bilirdim. Ona görə də rahat qalib gəldim.
Finalda məğlubiyyətimin ən böyük səbəbi 70 kq-da yarış təcrübəmin çox olmamasıydı. Ancaq son saniyələrdə yaranan vəziyyətdə ayağımı rəqibin əllərindən qoparıb, onun arxasına keçə bilsəydim, Avropa çempionu olacaqdım. Ancaq eyb etməz. Bu nəticə mənim motivasiyamı daha da artırır. Özümü Avropa çempionu olmuş kimi hiss edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm