Məmmədyarov və Rəcəbov birlikdə günü 2,5 xalla bitirib
03:48 15.03.2021
İdman
420
Onlayn şahmat üzrə Çempionlar turunun 4-cü mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə keçirilən ilk mərhələnin 2-ci günündə daha 5 tur oynanılıb.
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da hərəyə 5 matç keçirib. Təəssüf ki, təmsilçilərimiz ilk gündəki uğuru davam etdirə bilməyiblər.
Günə Alireza Firuzca ilə başlayan Məmmədyarov ağ fiqurlarla məğlubiyyətə üzülüb. O, ardınca dünya çempionu Maqnus Karlsenə və David Antona da uduzub. Qrossmeysterimiz 9-cu turda uğursuzluğa son qoymağı bacarıb. Şəhriyar qara fiqurlarla Nils Qrandeliusi üstələyib. 10-cu turda lider Aniş Giri ilə üz-üzə gələn şahmatçımız günə məğlubiyyətlə yekun vurub.
Ondan fərqli, Rəcəbov VI və VII turda 0,5 xal qazanıb. Teymur Hikaru Nakamura və Yorden van Forestlə xalları yarı bölüb. Bundan sonra Maksim Vaşye-Laqrav və Alireza Firuzca uduzan həmyerlimiz 10-cu görüşündə Karlsenlə üz-üzə gəlib. O, bu dəfə də “sülh”ə razılaşaraq, günü 1,5 xalla bitirib.
Qeyd edək ki, əsas mərhələdə son 5 turun oyunları martın 15-də keçiriləcək. Ardınca 8 ən yaxşı şahmatçı 1/4 finalda nokaut sistemi ilə yarışacaq.
14 mart
VI tur
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 0:1
Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ) - 0,5:0,5
VII tur
Yorden van Forest (Niderland) - Teymur Rəcəbov - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov - 1:0
VIII tur
Şəhriyar Məmmədyarov - David Anton (İspaniya) - 0:1
Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0:1
IX tur
Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov - 1:0
Nils Qrandelius (İsveç) - Şəhriyar Məmmədyarov - 0:1
X tur
Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov - 1:0
Teymur Rəcəbov - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
10 turdan sonra turnir cədvəli: Aniş Giri (Niderland) – 8 xal, 2. Maqnus Karlsen (Norveç) - 7,5, 3. Uesli So (ABŞ) – 6,5, ...11. Teymur Rəcəbov (Azərbaycan) – 4,5, 12. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 4.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə