Nazirlər güləşçilərlə görüşdü
13:18 30.03.2024
İdman
667
Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev Rumıniyada keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə görüşüblər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Elm və təhsil Nazirliyi məlumat yayıb.
Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və beynəlxalq arenada uğurlara imza atan milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır. Bu sahədə qədim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Güləş Federasiyasının fəaliyyəti bu idman növünün inkişafını daha da stimullaşdırır, populyarlığını və kütləviliyini artırır.
Qeyd edilib ki, güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq, qitə birinciliyində böyük uğurlar qazanıblar. Yunan-Roma güləşi və sərbəst güləş üzrə millilərimiz komanda hesabında ilk üçlükdə yer alıb. Qadın güləşçilərimiz də son 8 ilin ən yaxşı nəticəsinə imza atıblar. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Avropa çempionatında 3 qızıl medal qazanıb. Rumıniyada keçirilən bu yarışda ümumilikdə 16 (5 qızıl, 3 gümüş, 8 bürünc) medal əldə edilib. Bu nəticə ilə Azərbaycan Avropada 2-ci yeri tutub.
Tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə tanış olublar. 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb, yerində 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa edilib.
Hazırda Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçi gimnaziyada təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər tədrislə yanaşı, bütün zəruri avadanlıqlarla təchiz olunan kompleksin idman zalında sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq prosesində iştirak edirlər. 5-11-ci siniflərdə oxuyan güləşçilər bu mühitdə daha yüksək bilik və bacarıqlara yiyələnmək imkanı qazanırlar. Növbəti tədris ilindən gimnaziyaya daha çox güləşçi-şagirdin cəlb edilməsi planlaşdırılır. Bu layihə Azərbaycan güləşinin inkişafında, yeni sağlam nəslin formalaşmasında əhəmiyyətli rol oynayacaq.
Həmçinin tədbirdə bildirildi ki, Avropa çempionatı kimi mötəbər yarışda uğurlu nəticələr sərgiləmiş idmançılarla görüşün gimnaziyada keçirilməsi təsadüfi deyil. Burada təhsil alan yeniyetmə güləşçilərin peşəkar güləşçilərlə yaxından tanış olması, uğurlarına şahidlik etməsi onlara bu sahədə inkişaf etmək üçün əlavə stimul olacaq.
Xarici dillər təmayüllü gimnaziya 1029 yerlikdir. Yeni binada sinif, laboratoriya, informatika və hərbi hazırlıq otaqları, kitabxana və yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən 3 mərtəbəli yataqxana korpusu 185 yerlikdir. Burada sinif və yataq otaqları, yeməkxana, akt və qapalı idman zalları fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası mövcuddur.
Tədbirin sonunda bu il aprelin 5-dən 7-dək Bakıda ilk dəfə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlər barədə məlumat verilib və yarışın Azərbaycanı nüfuzlu tədbirlərin mahir təşkilatçısı kimi növbəti dəfə dünyaya tanıtmaq fürsəti olduğu diqqətə çatdırılıb, turnirdə iştirak edəcək güləşçilərə uğurlar arzulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı