“Qarabağ” növbəti mərhələdə!
Yusif Nəzərli
20:26 22.02.2024
İdman
472
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda doğma azarkeşləri önündə Portuqaliya klubu “Braqa”nı qəbul edib.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxıb.
Qurban Qurbanovun yetirmələri ilk matçda qazandıqları 4:2 hesablı oyunun üstünlüyünü qoruyaraq, 1/8 finala keçmək və tarix yazmaq üçün mübarizə aparıblar.
Qeyd edək ki, “CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edib.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunu
22 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) 1:3
Qollar: Mateus Silva, 102 - Rocer Fernandes, 70, Alvaro Calo, 83, Simon Banza, 113-p.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 56
"Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis.
Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Diyan Valkov
Dördüncü hakim: Nikola Popov
VAR: İvaylo Stoyanov
AVAR: Draqomir Draqanov
Hakim-inspektor: Petteri Kari (Finlandiya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 4:2.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm