Qurban Qurbanov: "Cavab matçında daha məsuliyyətli olmalıyıq"
Yusif Nəzərli
22:27 15.02.2024
İdman
613
Cavab matçında daha məsuliyyətli olmalıyıq.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib: "Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər".
Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: "Bizim də xeyli təcrübəmiz var. İnanırdıq, bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya