Qurbanov: Komandada döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm
18:28 01.03.2024
İdman
444
“Qarabağ”da döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm.
“Report” xəbər verir ki, bu sözləri “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimində klubun baş məşqçisi Qurban Qurbanov deyib.
“16 ildir “Qarabağ”dayam. Bir saat içində bu illəri, günləri yenidən yaşadım. Film çox yüksək səviyyədə hazırlanıb. Əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Biz hamımız doğru yolu göstərə bilərik. Amma onun icraçıları var. Bu gün bir daha əmin oldum ki, mənim çox güclü kollektivim, futbolçularım və döyüşçülərim var. İki gün əvvəl komanda ilə söhbətimiz oldu. Onlara Qarabağ barədə danışdım. Bizim hansı komandanı təmsil etdiyimizi söylədim. İnsanlar canlarından keçiblər, əziyyətlər çəkiblər”.
Ağdam təmsilçisinin çalışdırıcısı “komandada döyüşçü ruhunu daim qoruyub saxlamaq istədiyini” vurğulayıb:
“Bunu Ali Baş Komandanımız 44 günlük müharibə ərzində hər gün öz xalqına müraciətində bildirirdi. Hamımız bir olmuşduq. Sonda belə zəfər əldə etmişdik. Bütün vacib qarşılaşmalarda bu fikirlər oyunçulara çatdırılır. Dövlət səviyyəsində komandamız sevilir və dəyər verilir. Belə olanda bizim başqa çıxışımız yoxdur. Öz işimizlə məşğul olmalıyıq”.
Onun sözlərinə görə, “Qarabağ” etibarlı əllərdədir”:
“Güclü iş qrupumuz var. 15 il ərzində işlədiyim oyunçuların hamısının burada olmasını istərdim. Amma bu futbol həyatıdır. Komandanın qurulmasında Rəşad Sadıqovun da əməyi var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə
Kim Çen In qızı ilə birlikdə yeni hərbi texnikanı sınaqdan keçirib
10:33 20.03.2026
Dünya
Rusiya Zaporojyeni atəşə tutdu: ölənlər var
10:25 20.03.2026
Dünya