Toral Bayramov "Qalatasaray" üçün dəyərli futbolçu ola bilər - Eray Can Gencer
14:32 05.02.2024
İdman
4449
Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın 22 yaşlı müdafiəçisi Toral Bayramovla maraqlanır.
Bu barədə tez-tez Türkiyə mətbuatına istinadən məlumatlar yayılır.
Qeyd olunur ki, İstanbul klubunun nümayəndələri gənc futbolçunun bir neçə oyununu izləyib. Futbolçunun transferi ilə bağlı yaxın zamanlarda danışıqların başlanması gözlənilir.
Məlumatlara əsasən, futbolçu ilə "Qalatasaray Sportif" şirkətinin Azərbaycan əsilli üzvü Ural Aküzüm fəal şəkildə maraqlanır. U.Aküzümün "Qarabağ" klubu və "Azərsun Holdinq"in rəhbəri Abdolbari Gozal və klubun baş məşqçisi Qurban Qurbanovla yaxşı münasibətlərinin olduğu bildirilir.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Toral Bayramov 2019-cu ildən "Qarabağ"ın heyətində çıxış edir. Onun 2024-cü ilədək "Qarabağ"la müqaviləsini olduğu deyilir.
Sherg.az xəbər verir ki, Türkiyə mediasında fikirləri və analizləri ilə çox sayğı duyulan futbol şərhçisi Eray Can Gencer öz şəxsi X hesabından Toral Bayramovla əlaqədər fikirlərini bildirib.
“Azərbaycanlı futbolçu Toral Bayramov ölkəsinin ən dəyərli oyunçuları siyahısında 4-cü yerdədir. Dünən axşam Helsinki, Rakov və Sumqayıt matçlarına baxdım.
O, bu mövsüm 35 matçda 8 qol vurub və 1 məhsuldar ötürmə edib. Bu qollardan 3-ü və ötürmələrdən biri UCL-in seçmə mərhələsində və Avropa Liqasının qruplarında vurulub. 3 matça baxdım və həmin liqada əlaqəsi olan və işləyən dostlarımdan rəy aldım. Yeri gəlmişkən, çox vacib bir istedadıdır. O, təkcə sərbəst vuruşlar deyil, həm də hərəkətli toplar vura bilən, zərbələr, ötürmələr və çarpazlar yarada bilən həqiqətən xüsusi istedadır. Onun hər matçda rəqib qapısına 1-7 zərbə vurması buna sübutdur. Hər matçda etdiyi hər 3 ötürmədən birində uğur qazanaraq, liqasında ən çox asist edən 2-ci oyunçudur.
Onun 1.85 boyu və 22 yaşında olması və həm də Azərbaycan pasportuna görə meydanda 8+3-də əlavə üstünlük gətirməsi məncə dəyərlidir.
Demək lazımdır ki, o, fiziki cəhətdən inkişaf etməyə ehtiyacı olan futbolçudur.
Müdafiədə aqressivdir, lakin bəzi hərəkətlərdə kiçik səhvlərə yol versə də, bunlar "Qalatasaray" komandasının inkişaf etdirə biləcəyi məsələlərdir.
Mən oyunçunu inkişaf edə bilən və dəyərli bir aktivə çevrilə bilən biri kimi görürdüm. Bəzi xüsusiyyətləri onu bu ölkənin əksər komandalarında sol cinah müdafiəçilərindən üstün edə bilər. Onu tərəziyə qoyanda heç də mənfi transfer kimi görünmür”.
Abduləzim Vəliyev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya