1 və 3 qəpikləri dövriyədən çıxarmağın zamanıdır
05:34 06.01.2021
İqtisadiyyat
622
Mərkəzi Bank bununla bağlı addım ata bilər
Gürcüstanda 1 və 2 qəpiklər dövriyyədən götürülür, qəpiklərin ödəniş vasitəsi kimi istifadə müddəti, 2020-ci ilin 31 dekabr tarixində başa çatıb. Bu barədə Milli Bank məlumat yayıb. Məlumata görə, Gürcüstan Milli Bankı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixindən etibarən bir tetri nağd ödəmə prinsipi yuvarlaqlaşdırma metoduna çevrilir. Yuvarlaqlaşdırma metodu yalnız nağd ödənişə şamil edilib, nağdsız ödəniş isə yenə də bir tetri dəqiqliyi ilə mümkündür.
Milli Bank vətəndaşlara, 2021-ci il yanvarın 1-dən bir il ərzində 1 və 2 tetri qəpiklərinin Gürcüstanda və Gürcüstan Milli Bankında fəaliyyət göstərən kommersiya bankları vasitəsilə, 2022-ci il yanvarın 1-dən isə yalnız Gürcüstan Milli Bankı vasitəsi ilə ömürlük dəyişdirilə biləcəklərini bildirir. Bəs ölkəmizdə qəpik pullarla bağlı vəziyyət necədir? Bizdə də dəmir pullar dövriyyədən götürülə bilərmi?
Suallarımızı cavablandıran iqtisadçı-ekspert Razi Abasbəyli "Şərq"ə açıqlamasında bildirib ki, hazırda tədavüldə olan dəmir pulların dövriyyədən çıxışı müşahidə edilir. İqtisadçı ekspert əlavə edib ki, əslində sonuncu devalvasiyadan sonra ölkədə manatın ABŞ dolları qarşısında dəyər itirməsinin nəticəsi olaraq dövriyyədəki kiçik pul vahidlərinin də bazarda ekvivalent olaraq iştirakı təbii olaraq sıradan çıxıb:
"Bundan başqa 1 qəpiyi istehsal etmək üçün dövlət 1 qəpikdən daha artıq vəsait xərcləməli olur. Habelə, vətəndaşlar dəyərini itirmiş 1-3-5 qəpiklərdən gündəlik həyatda istifadə edə bilmirlər. Sərnişindaşınmada kart sistemi üzrə ödənişlər həyata keçirən zaman bu qəpik nominallarından terminallarda istifadə etmək mümkün deyil.
İstehlakçılar ərzaq məhsullarının alışı zamanı da bu qəpik dəyərində məhsul ala bilmirlər. Nəticə etibarilə də dövriyyədə olan kiçik nominallı qəpiklər dövriyyədən avtomatik olaraq çıxır. Bu baxımdan da dövlətin xərclərini aşağı salmaq, heç bir dəyəri olmayan 1, 3 və 5 qəpiklərin dövriyyədən çıxarılmasını Mərkəzi Bank həyata keçirməlidir. Bunun üçün yerli banklara həmin qəpik nominallarının yığılması və bir daha dövriyyəyə buraxılmaması barədə rəsmi göstəriş verilməlidir. Bunun üçün müvafiq qanunvericilik bazası var və bu qanunlar toplusuna istinad edərək MB belə bir addım ata bilər".
R.Abasbəyli qeyd edib ki, bu gündən etibarən ölkədə pərakəndə satılan benzinin və dizel yanacağının qiyməti artırılıb:
"Tarif Şurasının qərarı ilə benzin 11, dizelin isə 33 faziə qədər bahalaşması kiçik ticarətdə, xüsusilə gündəlik tələbat və istehlak qiymətlərində bahalaşma baş verəcək. Nəticə etibarilə də qiymət artımı qeyd edilən qəpik nominallarını avtomatik olaraq dövriyədən çıxaracaq. Bu prosesi tənzimləmək dövlətin əlavə xərcə düşməsini önləmək üçün həmin qəpikləri dövriyyədən çıxarmaq ən doğru qərar olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə