STM rəsmisi və ekspertdən SOS: “Demoqrafik təhükə “qapımız döyəcək””
Yusif Nəzərli
15:56 16.11.2021
Gündəm
701
Əziz Əlibəyli: “Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə yüksəlib. 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub. Bu isə son 17 ildə ən aşağı göstəricidir”
Natiq Cəfərli: “Son dövrlərdə Azərbaycanda demoqrafik vəziyyətdə həyəcanverici rəqəmlər nəzərə çarpır”
“Ailələrə müəyyən sosial dəstəyin olmasına ehtiyac var. Bunlardan da ən vacibi uşaq pulu adlanan sosial müavinətlərdir”
Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinə rəhbər i, beynəlxalq məsələr üzrə ekspert Əziz Əlibəyli “Facebook” hesabında hazırda Azərbaycanda demoqrafik təhlükə olduğuna dair paylaşım edib. O bildirib:
“Tariximizə nəzər salsaq, aydın olur ki, ailədə uşaq sayı da qədim zamanlarda daha çox idi, lakin müasir zaman sosial-iqtisadi zəmin buna mane oldu. Məsələn, artıq 80-ci illərin axırlarına yaxın yalnız ən uzağı 3 uşaqdan ibarət ailələrin sayı çoxalmağa başladı. İndiki uşaqların isə əmi, bibi, dayı, xalaları yoxdur. Zamanla isə bu qohumluq anlayışları daha da azalacaq. Evdə bir oğlan və bir qız varsa, onlar evlənəndə uşaqlarının xalası, yaxud dayısı, bibisi olmayacaq.Və demoqrafik təhlükə “qapımızı döyəcək”.
Azərbaycanda 1970-ci ildə 151 minə yaxın körpə dünyaya gəlib. 1990-cı ildə hətta 183 min nəfərə yüksəlib. 2020-ci ildə doğulan körpələrin sayı 127 min nəfərə yaxın olub. Bu isə son 17 ildə ən aşağı göstəricidir. Məlumat üçün bildirim ki, 1970-ci ildə ölkə əhalisinin sayı 5.1 milyon, 1990-cı ildə 7.1 milyon, 2020-ci ildə isə 10,1 milyon nəfərə yaxın olub. Son 50 ildə əhali sayı 2 dəfə artsa da doğum nəinki artmayıb hətta azalıb” .
Paylaşıma rəy yazan sosial şəbəkə istifadəçiləri bunu kişi və qadın sonsuzluğu, uşaq pulunun verilməməsi, boşanma hallarının artması və s. amillərlə izah etməyə çalışıblar.
Sözügedən demoqrafik təhlükənin iqtisadi səbəblərlə bağlılığı varmı və bunun qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlər görmək olar?
İqtisadçı -ekspert Natiq Cəfərli bu mövzuda “Sherg.az”ac danışıb O, bildirib ki, son dövrlərdə Azərbaycanda demoqrafik vəziyyətdə həyəcanverici rəqəmlər nəzərə çarpır:
“Demoqrafik artım sürəti ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Doğrudur, hələlik bəzi ölkələrdəki qədər acınacaqlı durum yoxdur. Qonşu ölkələrlə müqayisədə bizim hələ də bu istiqamətdə üstünlüyümüz var. Amma yenə belə bir dinamikanın olması təhlükəlidir. Bu insanların gələcəklə bağlı gözləntilərinə də təsir göstərir”.
Ekspert iqtisadi problemlərin artması ilə doğuş səviyyəsinin aşağı düşməsinin müşahidə olunduğunu qeyd edib və bu demoqrafik artımın getdikcə sürətlənmə risqinin olduğunu vurğulayıb:
“Ona görə də müəyyən sosial dəstəyin olmasına ehtiyac var. Bunlardan da ən vacibi uşaq pulu adlanan sosial müavinətlərdir. Azərbaycanda müxtəlif adlar altında bəzi ailələrə uşaq pulu verilir. Əsasən də çoxuşaqlı və əngəlli övlad sahibi olan ailələrə. Təbii ki, bu yetərli deyil.
Düşürəm ki,vahid bir yanaşma ilə ölkədə hər bir ailədə uşaqların sosial təminatını yaxşılaşdırmaq üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayırmağa ehtiyac var. Belə bir addım atılsa demoqrafik durumla bağlı olan çətinliklər zamanla öz həllini tapar” .
N.Cəfərli sosial təminatların yaxşılaşdırılmasının vətəndaşların ailə qurması və dünyaya daha çox uşaq gətirməsi yönündə stimul ola biləcəyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya