“Azərbaycan-Rusiya əlaqələri Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox əhəmiyyətlidir”
Yusif Nəzərli
07:10 19.11.2021
Gündəm
645
“Rusiya-Azərbaycan Ekspert Şurası iki ölkə arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Rusiya əlaqələrinin tarixi dərin köklərə əsaslanır. Ölkələrimiz arasında dostluq strateji əməkdaşlıq xarakteri daşıyır. Bu da Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühüm əhəmiyyətə malikdir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.
Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyün bərpa edib və münaqişəyə son qoyulub. Üçtərəfli bəyanatın əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan zəfəri ilə regionda yeni reallıq yaradıb.
Bildirib ki, indiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur. Qarşılıqlı fəal əməkdaşlıq inkişaf edir.
Rusiya-Azərbaycan Ekspert Şurasının ikitərəfli münasibətlərin dərinləşməsində böyük rolunu qeyd edən Hikmət Hacıyev Azərbaycan və Rusiya ekspertlərinin əməkdaşlığına üçüncü tərəfin də qoşulacağına inamını ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya