
"Qərbin məkirli planları dəfələrlə ifşa olunub" - ŞƏRH
14:36 26.11.2023
Gündəm
544
"Heç bir dövlətə icazə verə bilmərik ki, ölkə daxilində belə təbliğat şəbəkələşmə aparsın"
Son günlər bir xəbər portalı ətrafında dolaşan məlumatlar bəzi məqamları üzə çıxarıb. Belə ki, özlərini "müstəqil media"nın təmsilçiləri kimi qələmə verən, guya "açıq fikir ortaya qoyduqları üçün sıxışdırılan" şəxslər başını quma basırmış dəvəquşu kimi arxada baş verən maliyyə maxinasiyalarından sanki məlumatlı deyillər.
Məlum olub ki, “Abzas Media” kimi saytlar təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Bunlar ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digər təşkilatlardır. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb. Adıçəkilən sayt həmçinin, “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər. Xarici səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” bankları vasitəsi ilə hesablarına köçürülüb. ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. Qeyd olunan mövzulardan da göründüyü kimi, bu şəbəkənin məqsədi heç də ölkədə hansısa inkişafa nail olmaq deyil, əksinə saman tayasında bir iynə tapıb onu beynəlxalq aləmə car çəkməkdir. Son nəticədə də həmin tapılan çöp Ermənistanın havadarları olan dövlətlər və qurumlar tərəfindən qlobal səviyyədə şişirdilməklə bəyan olunur.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Qərb ölkələrinin və onlara məxsus təşkilatların bu cür addımları ilə ilk dəfə rastlaşmırıq.
Deputat vurğulayıb ki, təəssüf ki, bir sıra Qərb dövlətləri, eləcə də Avropa təşkilatları Azərbaycanda öz şəbəkələrini formalaşdırmaq, ictimai-siyasi duruma təsir göstərmək, həmçinin hakimiyyət çevrilişinə nail olmaq üçün davamlı olaraq bu tip addımlar atırlar:
"Qərbin bu cür məkirli hərəkətləri dəfələrlə dövlət qurumları tərəfindən dəfələrlə ifşa olunub. Amerikada təhsil alan azərbaycanlı gəncləri müəyyən "xoşməramlı" tədbirlər adı altında cəlb edərək, öz siyasətlərinə, pozuculuq fəaliyyətlərinə dəstək verəcək şəbəkələr formalaşdırırlar. Azərbaycan dövlət qurumlarının aşkarladığı faktlar da göstərir ki, məlum şəbəkələrin dövlətimizlə bağlı məkirli məqsədləri, planları var. Onlar davamlı olaraq bu kimi addımları atırlar. Əlbəttə ki, belə şəbəkələrin ifşa olunması və onlarla bağlı qanuni addımların atılması olduqca önəmli və vacibdir. Cəmiyyətimiz, gənclərimiz də bilməlidir ki, bu cür planların, hədəflərin arxasında çox çirkin məqsəd və niyyətlər var. Heç bir dövlətə icazə verə bilmərik ki, ölkə daxilində belə təbliğat şəbəkələşmə aparsın. Bunun qarşısını mütləq almaq lazımdır. Gənclərimiz də diqqətli olmalıdır, belə vədlərə aldanmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi