
Türküstan türk birliyinin mənəvi lokomotivi olacaq
06:29 11.10.2024
Siyasət
635
Orta Asiya və yaxud Mərkəzi Asiya ifadələri qondarma terminlərdir
"Orta Asiya termini müstəmləkəçilik, "parçala, hökm sür" prinsiplərindən qaynaqlanıb. Ondan imtina edilməsi alqışlanmalıdır"
Türkiyədə "Orta Asiya" ifadəsi "Türküstan" olaraq dəyişdirilib. Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkənin tarix kurikulumunda dəyişiklik ediləcək və “Orta Asiya” ifadəsi “Türküstan” termini ilə əvəzlənəcək. Ekspertlər hesab edirlər ki, bu qərar gələcək nəsillərdə milli kimliyin, vətənpərvərlik hissinin gücləndirilməsinə yönəlib. Türk professor Əhməd Taşağıl vurğulayıb ki, rus işğalı nəticəsində Türküstanın yerinə “Orta Asiya” anlayışı işlədilməyə başlanıb. Qeyd edək ki, Türküstan İranın Xorasan bölgəsindən başlayır, Pamirin şimal ətəklərindən və Əfqanıstanın şimalı daxil olmaqla Hindukuş-Kunlun dağlarından Çinin Donq Huanq bölgəsinə qədər uzanır. Oradan isə Mancuriyanın cənubu, Cənubi Sibir və Ural dağları da daxil olmaqla Qərbə çatır. Volqa çayının Xəzər dənizinə çatdığı nöqtəyə qədər uzanan dağlarla əhatə olunmuş geniş ərazini əhatə edir. Tarixi mənbələrdə bu ərazinin adı XIX əsrin ortalarına qədər Türküstan olub. Türküstan adını ilk dəfə qədim iranlılar, daha sonra isə ərəblər Orta Asiyada türklərin yaşadıqları bölgələri ifadə etmək üçün işlədiblər.
Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı "Sherg.az"a deyib ki, Orta Asiya və yaxud Mərkəzi Asiya ifadələri qondarma terminlərdir və bu coğrafiyanın adı Türküstandır. Alim bildirib ki, SSRİ bu coğrafiyada yaşayan və bir dildə (cığatayca) danışan xalqları bir-birindən ayırmaq və onların bərabərliyini pozmaq üçün Türküstan ifadəsini süni şəkildə dəyişdirib:

"Amma bu bölgədə Rusiyanın hərbi birləşməsi - Türküstan Hərbi Dairəsi uzun müddət belə adlanıb. Türkiyədə "Orta Asiya" yerinə Türküstan kəlməsinin işlədilməsi, əslində, yeni deyil. Türkiyə bu məsələyə hər zaman həssas yanaşıb. Alimlərin, yazarların əsərlərində Türküstan ifadəsi hər zaman işlədilib. İndi isə rəsmən həmin coğrafiyanın Türküstan olduğu qərara bağlanıb".
Q.Çaxmaqlı bildirib ki, digər türk dövlətləri də bu yolla getməlidirlər: "Orta Asiya termini müstəmləkəçilik, "parçala, hökm sür" prinsiplərindən qaynaqlanıb. Ondan imtina edilməsi alqışlanmalıdır. Əslində, bu dəyişiklik həmin bölgədə yaşayan türklərin birliyi üçün yeni stimul olacaq. Bir zamanlar belə qərarları verə bilmirdik, indi dünya dəyişib. Turan ülküsünün də gələcəkdə türkləri birləşdirəcək ünsür olacağı inancındayam. Türküstan da, Turan da bizim birliyimizin mənəvi lokomotivi olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə