Aqşin Yenisey: "Makdonalds"da böyüyən uşaqda istedad ola bilməz
Yusif Nəzərli
09:34 13.10.2024
Cəmiyyət
420
Həmişə bu küncdə! (RUBRİKA)
“Kənd və şəhər arasında əlaqə olmalıdır”
“Son otuz ildə cəmiyyətə təbliğ olundu ki, yalnız Aygün Kazımovanın vid-fasonunu yadda və diqqətdə saxla, qalan hər şeyi unut!”
“Azərbaycanın Bakıyla məhdudlaşdırılması ölkənin yarısını bütün ictimai proseslərin kənarında saxlayır. Sərgilər, yarmarkalar, müxtəlif mədəni-kütləvi tədbirlər ancaq Bakıda yaşayanlara hesablanır. Nəticədə intellekti olan, amma istedadı olmayan bir nəsil yetişir”.
"Sherg.az" xəbər verir ki, bu barədə şair Aqşin Yenisey sosial media paylaşımında qeyd edib. Şairin sözlərinə görə, istedad uşağın təbiətlə ünsiyyətinin məhsuludur, intellekt cəmiyyətlə:
"Makdonalds"da böyüyən uşaqda istedad ola bilməz, onda olan intellektdir. İstedadın sosial məzmun qazanması üçün kənd və şəhər arasında əlaqə olmalıdır. Məni adam eləyən qoyun otaranda oxuduğum mavi üzlü "Elm və həyat" jurnalı olub. Bu gün kənd Bakıda ancaq kənd toyuğu, kənd yumurtası, motal pendiriylə təmsil olunur. Kənddən şəhərə istedad gəlmir.
İstedadın olmaması ictimai mühitimizi cansızlaşdırır. İntellekt quru təfəkkür yaradır. İntellekt yaddaşa quraşdırılmış sayğacdır”.
Bunun səbəbinə gəldikdə isə A.Yenisey qeyd edib ki, səbəbi bürokratiyanın şəhərləşməsidir:
“Bürokratik sistemin yalnız "Makdonalds"da böyüyüb, xaricdə təhsil alıb, heç vaxt ictimai mühitdə görünməyən insanlardan təşkil olunması. Bu insanlar kəndi, əyaləti ancaq yeməkləri ilə tanıyırlar. Kənd şəhər insanının beynində artıq sürgün yeri kimi təsəvvür olunur. Kəndlilərin tənbəlləşməsinin səbəbi də şəhərdə unudulmalarıdır. Son otuz ildə Azərbaycan elmi, ədəbiyyatı niyə tənbəlləşib tüfeyliləşdi?
Unudulduğu üçün!!!
Son otuz ildə cəmiyyətə təbliğ olundu ki, yalnız Aygün Kazımovanın vid-fasonunu yadda və diqqətdə saxla, qalan hər şeyi unut.
Nəticəsi? Bu gün bütün Azərbaycan müğənni həyatı yaşamaq istəyir, əlinə fürsət və pul düşən kimi müğənniləşir. Müğənniləşə bilməyənlər də psixoloq yanına gedir. Bürokratiya ölkəni bütöv görə bilmir. Startap layihələri şəklində qırıq-qırıq görür. Arasında dostlarımın da olduğu gənc bürokratların otağına girəndə gözüm divarda Azərbaycan xəritəsini, ölkənin bütöv şəklini axtarır.
Hələ ki, belə divara rast gəlməmişəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya