
3-4 manat ucuzlaşan ət keyfiyyətli ət deyil - İqtisadçı-ekspert
Yusif Nəzərli
22:15 03.02.2025
İqtisadiyyat
583
İqtisadçı hesab edir ki, burada söhbət daha çox ucuz qiymətə satılan - Monqolustan ətinin bazara çıxarılmasından gedir
Bakıda ət 3-4 manat ucuzlaşıb. Əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb. Bu barədə Xəzər TV-yə danışan satıcılar deyiblər ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvanların idxalı ilə əlaqəlidir.
Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15-15,5 manat, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.

İqtisadçı-ekspert Fuad İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, bazarlarda ətin qiymətinin 3-4 manat ucuzlaşması inandırıcı görünmür. İqtisadçı hesab edir ki, burada söhbət daha çox ucuz qiymətə satılan ətin bazara çıxarılmasından gedir: “Yüksək keyfiyyətdə olan və baha qiymətə satılan ətlərin qəfildən bu qədər ucuzlaşması real deyil. Bilirsinz ki, son dövrlərdə bazarda Monqolustan quzuları peyda olub. Ucuz olması onların keyfiyyəti ilə bağlı müəyyən suallar doğurur.
Lakin Monqolustan quzu əti dünyada keyfiyyətli və təbii məhsul kimi tanınır.
Bu ölkənin heyvandarlıq sahəsində inkişaf etmiş təcrübəsi və təbii şəraitdə yetişdirilən qoyunları, onların ətini qida sənayesi üçün yüksək dəyərli məhsula çevirir.
Təbii şəraitdə, Monqolustan çöllərində saxlanılan bu quzular kəsilmiş şəkildə, buzlu avtomobillərlə ölkəmizə idxal olunur. Keyfyyətinə zəmanət verilən bu ətin bazar qiyməti kfayət qədər ucuzdur. Bazarda quzu ətinin qiyməti 20 manatdan yüksək olduğu halda Monqolustan quzularının əti 14-15 manata satılır. Demək olar ki, bir çox iaşə obyektləri, şadlıq sarayları bu ətdən istifadə edir. Bu ətə kifayət qədər də tələbat var, alıcılığı yüksəkdir. Çox güman ki, sözügedən məlumatda da söhbət məhz bu ətlərdən gedir”.
Bazarda inhisarçılığa toxunan iqtisadçının sözlərinə görə, yerli ət məhsullarının qiyməti süni olaraq bahalaşdırılır: “Necə olur ki, Monqolustandan, o boyda yol gələn ət məhsulları 4-5 manat ucuz qiymətə satılır? Lakin yerli quzu ətinin qiyməti 20-25 manata satılır? Axı ölkəmizdə də heyvandarlıq üçün hər cür şərait var.
Deməli, burada bu inhisarçılığın da xüsusi göstəricisi var. Dünya bazarlarında da bahalaşma prosesi gedir. Bu bahalaşma prosesinin səbəbləri fərqlidir. Bunu başa düşürük. Lakin istehlak bazarına daimi tələbatı nəzərə alan işbazlar qiymətləri süni şəkildə qaldırırlar. Bilirlər ki, nəyin bahasına olursa-olsun, insanlar ərzaq məhsullarını almağa məcburdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya