
Şəhər nəqliyyatında yeni mərhələ
Yusif Nəzərli
09:14 11.06.2025
Aktual
473
"Drop-off" məntəqələri yalnız müvəqqəti minib-düşmə üçün nəzərdə tutulub
“Bu zonalarda parklanma halları nəzarətə götürülməli, müvafiq cərimə və xəbərdarlıq tədbirləri həyata keçirilməlidir”
Taksilərlə bağlı təkmilləşdirmə işləri davam edir. Taksilərin ən çox üzləşdiyi problemlərdən biri də sərnişinlərin avtomobilə minib-düşməsi ilə bağlıdır. Bəzi hallarda sərnişinlər taksinin elə yerlərdə dayanmasını tələb edir ki, orada ya saxlamaq qadağandır, ya da avtobus zolağı var. Artıq taksilərlə bağlı müəyyən duracaqlar yaradılması düşünülür.
Qeyd edək ki, Bakı şəhərində nəqliyyat axınının səmərəliliyinin artırılması və yol təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar çərçivəsində “drop-off” (müvəqqəti minib-düşmə) məntəqələrinin yaradılması diqqət çəkir. Son belə yeniliklərdən biri Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində – “Gənclik Mall” ticarət mərkəzinin qarşısında tətbiq olunub. Yeni təşkil olunan ərazidə taksilərə 3 dəqiqəlik dayanma icazəsi verilir.
Onu da xatırladaq ki, bundan əvvəl Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib.
AYNA-nın etdiyi digər dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında paytaxtda “drop off” məntəqələrinə çox ciddi ehtiyac olduğunu bldirib. Onun sözlərinə görə, Azərbaycanda hazırkı taksi sistemi müştərinin istədiyi yerdə dayanaraq taksi çağırması və konkret ünvan göstərməsi prinsipi ilə işləyir ki, bu da bir çox hallarda yollarda qəza və tıxac riskini artırır:
“Müştəri yolda hər hansı bir yerdə taksini dayandırır, düşmək istədiyi nöqtəni sürücüyə göstərir. Belə hallarda sürücülər, bəzən yol hərəkəti qaydalarına zidd olaraq avtomobili gözlənilməz şəkildə saxlayırlar. Bu isə qəza riskini artırır və hərəkət axınında ləngimələrə səbəb olur”.
E.Cəfərov qeyd edib ki, müvəqqəti minib-düşmə məntəqələrinin təşkil olunması bu risklərin aradan qaldırılmasına xidmət edir. Bu məntəqələr həm taksi sürücülərinin, həm də sərnişinlərin işini asanlaşdırmaqla yanaşı, şəhərdəki nəqliyyat hərəkətinin daha çevik və təhlükəsiz təşkilinə imkan yaradır: “Onu da deyim ki, bu təcrübə ilk dəfə deyil. Daha əvvəl Tbilisi prospektində də oxşar “drop-off” məntəqələri yaradılıb və bu məntəqələrin praktiki səmərəsi müşahidə olunub. Ümidvaram ki, bu cür zonaların sayı artacaq. Yaxşı olar ki, iri ticarət mərkəzlərinin qarşısında, metrostansiyalara yaxın ərazilərdə də belə məntəqələr yaradılsın. Biz bu istiqamətdə müvafiq qurumlara təkliflərimizi də təqdim etmişik”.
E.Cəfərov əlavə edib ki, “drop-off” məntəqələrinin nəqliyyat axınına da müsbət təsiri olacaq: “Əvvəllər taksilərin hərəkət halında, istənilən yerdə dayanması avtomobillərin sıxlığına və hərəkət ləngiməsinə səbəb olurdu. Yeni məntəqələr bu problemin qarşısını alaraq daha tənzimlənmiş və proqnozlaşdırılan hərəkət modelinə şərait yaradacaq.
Lakin mühüm bir məqama toxunmaq istəyirəm ki, bu məntəqələrdə fərdi avtomobillərin uzunmüddətli dayanmasına yol verilməməlidir. Uzunmüddətli taksi dayanacaqlarında tez-tez müşahidə edirik ki, fərdi avtomobillər orada saxlanılır. Bu, sistemin effektivliyinə ciddi zərər vurur. "Drop-off" məntəqələri yalnız müvəqqəti minib-düşmə üçün nəzərdə tutulub. Bu zonalarda parklanma halları nəzarətə götürülməli, müvafiq cərimə və xəbərdarlıq tədbirləri həyata keçirilməlidir. Əgər prosesə ciddi nəzarət edilsə, “drop-off” məntəqələri şəhər nəqliyyatında yeni mərhələnin başlanğıcı ola bilər. Onlar yalnız sərnişin rahatlığını deyil, eyni zamanda yol hərəkətində təhlükəsizlik və çevikliyi də təmin edir. Ancaq bu sistemin effektivliyi yalnız infrastrukturun yaradılması ilə deyil, eyni zamanda onun düzgün istifadəsi və nəzarətlə də bilavasitə bağlıdır. Sürücülərin və sərnişinlərin maarifləndirilməsi, parklanma qaydalarına nəzarət və texnoloji izləmə sistemləri bu yanaşmanın uğurla tətbiq olunması üçün vacib şərtlərdir”.
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya