Avropa İttifaqının Rusiya enerji daşıyıcılarından imtina etməsi nəticəsində ümumi iqtisadi itkilərin 3 trilyon avroya çata biləcəyi bildirilir.
Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib.
Məlumata görə, 2026-cı ilin yanvar-aprel aylarında Rusiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azalıb. Nümayəndəlik hesab edir ki, Brüsselin Rusiya ilə iqtisadi əlaqələri məhdudlaşdırmaq siyasəti həm şirkətlərə, həm də adi vətəndaşlara mənfi təsir göstərib. Bildirilir ki, bu proses enerji qiymətlərinin artmasına, yaşayış səviyyəsinin aşağı düşməsinə, eləcə də bəzi sənaye müəssisələrinin Aİ hüdudlarından kənara köçürülməsinə səbəb olub.
Bununla yanaşı, Slovakiyanın Baş naziri Robert Fitso da bəyan edib ki, Brüssel bəzi Aİ ölkələrini Rusiya ilə enerji əlaqələrini dayandırmağa məcbur edir. Onun sözlərinə görə, eyni zamanda Qərbi Avropanın bir sıra ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını davam etdirir.