Boru kəməri birləşdiricisi Yunanıstan qaz kəməri şəbəkəsini ölkənin şimali liman şəhəri olan yaxınlığındakı klapan stansiyasında Makedoniya sərhədi ilə Avrozonanı birləşdirəcək. Buradan qazı Türkiyədən, Yunanıstandan və Albaniyadan keçirərək Azərbaycandan İtaliyanın cənubuna aparan Trans-Adriatik Qaz Boru Kəmərinə qoşulacaq. Rumıniya və Bolqarıstan da Azərbaycandan təbii qaz gözləyir. Azərbaycan ilk dəfə qazı TAP ilə Avropaya 31 dekabr 2020-ci ildə tədarük etməyə başlayıb. TAP Cənub Qaz Dəhlizinin bir qoludur və bu kəmər vasitəsilə Azərbaycandan Avropa bazarlarına illik 10 milyard kubmetr təbii qazın nəql olunması nəzərdə tutulur. Qaz kəmərinin gücü onun ötürmə qabiliyyətini iki dəfə, yəni illik 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Avropa ölkələri Azərbaycandan təbii qaz gözləyir
Turan
20:12 16.07.2021
İqtisadiyyat
658
Problem ondan ibarətdir ki, Azərbaycanın özünün Avropaya sata biləcəyi qazın həcmi illik maksimum 10 milyard kubmetr həddindədir
Yunanıstan və Şimali Makedoniya qaz kəmərinin tikintisi ilə bağlı razılaşma imzalayıblar. Razılaşmaya əsasən, Şimali Makedoniya Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan mavi yanacaq alacaq. İlk mərhələdə qaz kəmərinin gücü illik 1,5 milyard kubmetr həcmində qiymətləndirilir. Gələcəkdə isə 3 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Layihənin reallaşması 118,7 milyon dollar həcmində dəyərləndirilir ki, bu məbləğin də 64 milyonu Yunanıstanın “Desfa” sistem operatoru tərəfindən investisiya olunacaq. Yeni kəmərin ümumi uzunluğu 160 kilometrdir və 50 kilometri Yunanıstan ərazisindən keçəcək.
Boru kəməri birləşdiricisi Yunanıstan qaz kəməri şəbəkəsini ölkənin şimali liman şəhəri olan yaxınlığındakı klapan stansiyasında Makedoniya sərhədi ilə Avrozonanı birləşdirəcək. Buradan qazı Türkiyədən, Yunanıstandan və Albaniyadan keçirərək Azərbaycandan İtaliyanın cənubuna aparan Trans-Adriatik Qaz Boru Kəmərinə qoşulacaq. Rumıniya və Bolqarıstan da Azərbaycandan təbii qaz gözləyir. Azərbaycan ilk dəfə qazı TAP ilə Avropaya 31 dekabr 2020-ci ildə tədarük etməyə başlayıb. TAP Cənub Qaz Dəhlizinin bir qoludur və bu kəmər vasitəsilə Azərbaycandan Avropa bazarlarına illik 10 milyard kubmetr təbii qazın nəql olunması nəzərdə tutulur. Qaz kəmərinin gücü onun ötürmə qabiliyyətini iki dəfə, yəni illik 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
İqtisadçı Natiq Cəfərli “Şərq”ə bildirib ki, Avropa Birliyi ölkələri, əsasən qitənin cənubundakı dövlətlər üçün Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri çox önəmlidir. Ekspertin sözlərinə görə, TAP Avropa ölkələrinin qaz enerjisindən, xüsusən Rusiya qazından asılılığın azaldılmasında mühüm rol oynaya bilər:
“Problem ondan ibarətdir ki, Azərbaycanın özünün Avropaya sata biləcəyi qazın həcmi illik maksimum 10 milyard kubmetr həddindədir. Bundan artıq qaz satmağımız mümkün deyil. Halbuki, ümumilikdə təqribən 18-20 milyard kubmetr qaz ixrac etməyi düşünürük. Amma Gürcüstan və Türkiyədə satılacaq qazın həcmini çıxdıqdan sonra Avropaya ən yaxşı halda 11 milyard kubmetr qaz çıxarmaq imkanımız olur”.
N.Cəfərli vurğulayıb ki, gözləntilər çoxdur, bizdən qaz istəyənlər çoxalır:
“Avropa ölkələri Azərbaycan qazına ciddi maraq göstərirlər. Avropaya gedən kəmərin həcm olaraq gələcəkdə artırılması düşünülür. Çox güman, Türkmənistanla birlikdə “Dostluq” yatağının işlədilməsindən sonra türkmən qazının bir hissəsi də bu kəmər vasitəsi ilə Avropaya çatdırılacaq. Bu da Azərbaycanın tranzit imkanlarını və qaz satış imkanlarını genişləndirəcək. Gələcəkdə TANAP və TAP kəmərlərinə Şimali İraqdan, yaxud İrandan da qaz verilməsi mümkündür. Bu baş verərsə, Avropaya həmin kəmərlər vasitəsi ilə 10 milyard Azərbaycan qazı, 20-22 milyard kubmetr isə başqa ölkələrin qazı çatdırıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol