Avropa onu qazla təmin edən Azərbaycanı niyə müdafiə etmir ? - Müfəssəl izah
Banuçiçək Kalbalıyeva
16:51 15.07.2020
İqtisadiyyat
1629
“Avropadan üz döndərməklə nəyəsə nail ola bilmərik”
“Qonşu Türkiyənin neft-qaz kəmərlərində dəfələrlə diversiya törədilsə də, Avropa ilə münasibətlərini korlamır”
“Biz də müəyyən mənada bu siyasətlə getməliyik”
Avropa qitəyə qaz təminatının həyata keçirilməsi üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Amma bunu dildə desə də, necə deyərlər, sözünün üstündə durmur. Belə ki, qaz təminatının həyata keçirilməsi üçün regionda sabitlik şərtdir. Fəqət Tovuzdakı erməni təxribatı haqqında beynəlxalq qurumlar hələ də “ağızlarına su alıb oturublar”. Sanki, film izləyirlərmiş kimi , sadəcə tamaşa edirlər. Axı neft-qaz boruları Tovuzun cəmi 100 kilometrliyindən keçir...
Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bu barədə “Sherg.az”a danışarkən deyib ki, məsələnin hüquqi və praktiki tərəfləri var:
“Biz 2013- ildə neft alqı-satqısı barədə Avropa ilə kommersiya sazişi imzalamışıq. Həmin sənəd 25 il müddətliyinə nəzərdə tutulub. Deməli, 2038-ci ilə qədər qüvvədədir. Ancaq məsələ ondan ibarətdir ki, qazın nəqli Avropanın öhdəliyində deyil. Çatdırılma və təhlükəsizlik hüquqi baxımdan tranzit ölkələrin işidir. Yəni belə demək mümkünsə, Avropa qazı evinin kandarına qədər gətizdirəndən sonra deyir ki, qalanı mənlikdir, sizin işiniz olmasın”.
İ.Şabanın fikrincə, biz münasibətlərin qurulmasında və tənzimlənməsində diqqətli olmalıyıq:
“Avropa bu kimi işlərdə çox soyuqdur. Ümumiyyətlə, bizlə onların yanaşmaları eyni deyil. Əgər Azərbaycan şirkətlərində bir hüquqşünas və beş satıcı işləyirsə, Avropada 5 hüquqşanas, bir satış meneceri çalışır.
Bu, o deməkdir ki, Avropa bütün hüquqi məsələləri nəzərə alır. Özünü sığortalayır, heç bir uduşdan qalmaq istəmir. Beynəlxalq qurumların sözləri ilə əməllərinin üst-üstə düşmədiyi göz qabağındadır. Deməli, biz münasibətlərə soyuqqanlı yanaşmalıyıq. Avropa və Rusiya arasında heç olmasa neytral münasibət yaratmalıyıq.
Avropadan üz döndərməklə nəyəsə nail ola bilmərik. Qonşu Türkiyənin neft-qaz kəmərlərində dəfələrlə diversiya törədilsə də, Avropa ilə münasibətlərini korlamır. Biz də müəyyən mənada bu siyasətlə getməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya