Azərbaycan Gürcüstan və Qazaxıstandan olan sürücülərə "Yaşıl Kart" satacaq
Yusif Nəzərli
08:14 22.12.2022
İqtisadiyyat
691
İcbari Sığorta Bürosu (İSB) yerli sığorta şirkətlərinin Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sürücülərinə "Yaşıl Kart" satması üçün Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə razılıq əldə edib.
Bu barədə "Report"a İSB-dən bildirilib.
Məlumata görə, Büro bu barədə BBŞ-yə rəsmi müraciət göndərib. Razılığa əsasən, gələn il yanvarın 1-dən Azərbaycan sığortaçıları adı çəkilən ölkələrin nəqliyyat vasitələrinin sahiblərinə "Yaşıl Kart" sığorta şəhadətnamələri satacaqlar. Xidmət ixracı anlamına gələn bu fəaliyyətdən yerli sığorta şirkətlərinin böyük mənfəət əldə edəcəyi gözlənilir.
Bu ilin yanvar-noyabr aylarında İSB "Yaşıl Kart" sığorta sistemi üzrə xaricdə baş vermiş yol-nəqliyyat hadisələrinə görə 531 min manata yaxın, xarici vətəndaşların ölkə ərazisində törətdiyi sığorta hadisələrinə görə isə 95 min manatdan çox ödəniş edib. Xaricdə Azərbaycan vətəndaşlarının iştirakı ilə baş verən hadisələr arasında ən böyük ödəniş Almaniya ərazisində qeydə alınmış yol qəzasına görə verilib və 31 586 manat təşkil edib. Xarici vətəndaşların iştirakı ilə Azərbaycan ərazində baş vermiş hadisələr arasında isə ən böyük ödəniş isə Rusiya vətəndaşının törətdiyi yol qəzasına görə verilib və 23 000 manat təşkil edib.
BMT-nin Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən "Yaşıl Kart" sığorta sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılıb. İSB 1 yanvar 2016-cı ildən milli "Yaşıl Kart" Bürosunun funksiyalarını həyata keçirir, bu sistem üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq "Yaşıl Kart" sığorta sistemində Azərbaycanı təmsil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya