Azərbaycan və Türkiyə ortaq turizm marşrutları yaradacaqlar
Yusif Nəzərli
08:14 23.12.2022
İqtisadiyyat
720
Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm idarəetməsi, tənzimlənməsi, təşviqi, təhsili və təlimi, marketinq, kommunikasiya və turizm məhsulları, növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanması və digər məsələlər müzakirə olunub.
APA xəbər verir ki, komissiya iclası Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslanın həmsədrliyi ilə keçirilib.
İclasda çıxış edən Azadə Hüseynova ikitərəfli turizm əlaqələrinin cari vəziyyətindən söz açaraq, gəlmə və getmə turizmi sahəsində statistik göstəricilər və fəaliyyət planı üzrə görülmüş işlər barəsində məlumat verib. O qeyd edib ki, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 283 493 Türkiyə vətəndaşı səfər edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60% artım deməkdir.
Azadə Hüseynova növbəti dövr üçün birgə Fəaliyyət Proqramının hazırlanmasının əhəmiyyətinə toxunaraq bu proqramda turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə yer verilməsinin iki ölkə arasında turizm əlaqələrinə öz töhfəsini verəcəyini bildirib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan öz növbəsində iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdığını qeyd edərək, turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üzrə böyük imkanların olduğunu vurğulayıb.
O, çıxışında bu istiqamətdə təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin və birgə təbliğat işlərinin önəminə diqqət çəkib.
Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin Sakarya Universiteti və Eskişehir Osmanqazi Universiteti arasında ikili diplom proqramının, həmçinin ixtisasartırma və turizm peşələri ilə bağlı təlim proqramlarının təşkil edilməsi turizm təhsili istiqamətində əməkdaşlığa müsbət təsirini göstərəcək.
İclas çərçivəsində keyfiyyətli turizmin təşkili ilə əlaqədar standartlaşdırma və sertifikasiya, turizm və istirahət komplekslərinin təşviqi məqsədilə əməkdaşlıq imkanlarının araşdırılması, turizm və rekreasiya zonalarının və infrastruktur layihələrin yaradılması istiqamətində təcrübə mübadiləsinin aparılması, işğaldan azad edilmiş ərazilərdə investisiya layihələri kimi mövzulara toxunulub.
Çıxışlarda, həmçinin beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və ortaq turizm marşrutlarının yaradılması məsələlərindən bəhs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya