Azeri Light-ın qiyməti 100 dollara yaxınlaşır
15:41 06.02.2022
İqtisadiyyat
562
Fevralın 4-də İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstəricidən 4,23 dollar artaraq 99,3 dollar/barel təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə isə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,23 dollar artaraq 98,39 dollar təşkil edib.
SOCAR-ın Tədbirlər və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini İbrahim Əhmədov qiymət artımı amilləri barədə Trend-in suallarına cavab olaraq bildirib ki, "Azeri Light" markalı neftin qiyməti bu və ya digər şəkildə bazarın konyunkturundan və neftin etalon növlərinin qiymətlərindən asılıdır.
"Ümumiyyətlə, neftin qiymətinin son zamanlar bahalaşması ilk növbədə dünyada epidemioloji vəziyyətin yaxşılaşması və qlobal iqtisadiyyatın bərpası ilə bağlı tələbatın artması ilə bağlı olub. Digər tərəfdən, neft istehsalçıları qısa zaman ərzində istehsalı pandemiyadan əvvəlki hasilat səviyyəsinə artıra bilmirlər. Son günlər enerji resurslarının bahalaşması müəyyən dərəcədə geosiyasi risklərlə bağlı olsa da, qiymət artımının hələ dünyada geosiyasi vəziyyətin gərginləşməsindən əvvəl də olduğu göz qabağındadır", - İ. Əhmədov bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəbi neft hasilatının nisbətən ləng artmasıdır və bu, son illərdə yeni yataqların işlənməsi və kəşfiyyatına qoyulan investisiyaların səviyyəsinin azalması ilə bağlıdır.
"Neftin qiymətində azalma olanda investisiyalar azalır, hasilat azalır - nəticədə neft qıtlığı yaranır və onun qiyməti yenidən qalxır. Müəyyən müddətdən sonra bazarda neft artıqlaması yarandıqda, təsvir olunan dövr yenidən təkrarlanır", - SOCAR nümayəndəsi əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya