Bəlkə vətəndaş 190 manatı başqa "qara günü" üçün saxlayır
Şəymən Bayramova
09:15 22.07.2020
İqtisadiyyat
987
Birdəfəlik ödəmə alan şəxslərin həmin yardımdan bəhrələnib- bəhrələnmədiyini araşdırmaq nəyə lazımdır
İlk mərhələdə 190 manat birdəfəlik ödəməni kartından çıxarmamış şəxslərin növbəti mərhələdə 190 manat almaqdan məhrum edilməsi vətəndaşlar arasında ciddi narazılıq doğurub.
Məsələyə aydınlıq gətirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, deməli, həmin şəxslərin bu vəsaitə ehtiyacları olmayıb. Şöbə müdiri əlavə edib ki, birdəfəlik yardım alan şəxslər obyektiv səbəbdən həmin vəsaiti kartdan çıxarmayıbsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər.
Bununla bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, dövlət tərəfindən ödənilən yardımın bloklanması və ya geri qaytarılma ehtimalına işarə etmək düzgün yanaşma deyil:
"İşsiz vətəndaşlara 190 manat birdəfəlik yardımların ödənilməsi birbaşa ölkə başçısının qərarıdır və bu qərar çərçivəsində həmin vəsait ödənilib. Əgər kimsə bir ay müddətində həmin vəsaitdən istifadə etməyibsə, bu onun ehtiyacı olmadığına anlamına gəlmir. Şərt deyil ki, həmin insan ancaq xəstəliyə görə o vəsaiti götürməyə bilər.
Ola bilər ki, həmin şəxslər 190 manatı nəğdləşdirmədən kommunal ödənişlər üçün istifadə edəcək. Aidiyyəti şəxslər əhalini nəğdsiz ödənişlərə təşviq etməkdənsə, bu cür açıqlamalarla bank kartlarında olan bütün vəsaitlərin çəkilməsinə sövq edirlər.
Axı birdəfəlik yardımın ödənilməsi zamanı həmin məbləğin dərhal nəğdləşdirilməsi ilə bağlı bir xəbərdarlıq edilməyib.
Belə bir situasiyada 190 manat məbləğində birdəfəlik ödəmə alan şəxslərin həmin yardımdan bəhrələnib- bəhrələnmədiyini araşdırmaq nəyə lazımdır. Bunu nəyə əsasən, hansı məntiqlə ediblər, bilmirəm. Axı vətəndaşın ona verilən yardımı hansı ay xərclədiyinin nə əhəmiyyəti var.
Bəlkə insanlar qarşıda bizi daha çətin günlərin gözlədiyini düşündüyü üçün həmin məbləği "qara gün" üçün saxlayıblar!?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya