Bitkoinin qiyməti tarixi maksimumu yenilədi

Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 112 min dolları ötüb.

Axar.az bu barədə "Binance" ticarət birjasının məlumatında deyilir.

Bakı vaxtı ilə çərşənbə günü saat 23:55-ə olan məlumatlara əsasən, kriptovalyutanın qiyməti 112 055 dollar (+3,04%) təşkil edib.