"Biz digər dövlətləri də enerji ilə təmin edirik"
Banuçiçək Kalbalıyeva
12:51 27.06.2020
İqtisadiyyat
1072
"Yəni artıq istehlakçı yox, istehsalçıyıq. Bu, böyük uğur və danılmaz faktdır"
Bir neçə gün əvvəl Prezident İlham Əliyev "Azərbaycan" İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak edib. Dövlət başçısı çıxışında ölkədə elektrik enerjisinin mövcud vəziyyətindən danışıb. O, bildirib ki, son 16 il ərzində Azərbaycanda 30 elektrik stansiyası tikilib. Dövlət rəhbəri "Cənub", "Səngəçal", "Sumqayıt", "Şimal-2", "Şimal-1" kimi son illərdə tikilən stansiyaların olduğunu da vurğulayıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı- ekspert Pərviz Heydərov qeyd edib ki, hər bir ölkənin enerji təhlükəsizliyi iqtisadi inkişafı təmin edən əsas məqamdır:
"Biz illərdir ki, neftdən gələn gəliri enerji təhlükəsizliyinə yönəldirik. Bu, yaxşıdır. 2018- ci ildə baş verən qəza nəticəsində bir az obrazlı dillə desək, sanki ildırım çaxdı. Və biz yeni addımlar atmağa başladıq. Ancaq ötən iki il ərzində enerjinin verilməsində bir an belə olsun, fasilə yaranmadı. Əvvəllər Azərbaycan qonşu ölkələrdən, o cümlədən İrandan, Türkiyədən elektrik enerjisisi alırdı. İndi isə biz digər dövlətləri də enerji ilə təmin edirik. Yəni artıq istehlakçı yox, istehsalçıyıq. Bu, böyük uğur və danılmaz faktdır".
P. Heydərov, həmçinin alternativ enerji haqqında da danışıb:
"Dediyim kimi, enerji ehtiyatı iqtisadiyyatın inkişafını şərtləndirən vacib faktorlardan biridir. Odur ki, enerji təhlükəsizliyinin bir neçə mənbə üzrə təmin olunması daha məqsədəuyğundur. Mingəçevir İES respublikada enerji ehtiyatının 40 faizini təşkil edir. Bu göstərici tədricən aşağı salınmalı, alternativ enerjidən də istifadə edilməlidir. Dünyada belə təcrübə çoxdan var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya