COVID-19-un Azərbaycandakı turizm müəssisələrinə zərəri araşdırılır - RƏSMİ
12:34 11.03.2020
İqtisadiyyat
586
“Koronavirusun yaratdığı qlobal böhranın turizm müəssisələrinə vurduğu zərəri müəyyən etmək üçün hesablamalar aparılacaq. Azərbaycanda və digər ölkələrin təcrübəsi öyrənildikdən sonra biz dövlət qurumu olaraq təkliflə çıxış edəcəyik”.
"Sherg.az"ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.
O qeyd edib ki, dövlət bu məsələni diqqətdə saxlayır:
“Növbəti günlərdə bununla bağlı işlər görüləcək. Hazırda konkret addımların nədən ibarət olacağını demək tezdir. Çünki bununla bağlı qiymətləndirmələr aparılmalıdır. Bundan sonrakı mərhələdə artıq ətraflı informasiya vermək mümkün olacaq.
Amma onu bilmək lazımdır ki, həm hotellərlə, həm də biletlərin ləğv olunması ilə bağlı məlumatlar toplanılır. Bütün məlumatlar əldə olunduqdan sonra dəstək mexanizmləri həyata keçirilə bilər. Burada vergidən azad olunma və digər məsələlər var.
Amma hələlik bunlar variantlardır, necə olacağını hələ ki bilmək olmur. Bir məsələ xüsusi qeyd olunmalıdır ki, dünyada bütün turizm şirkətləri bu məsələ ilə bağlı böhran yaşayır”.
K.Qasımov vurğulayıb ki, turizm sənayesi zərər görsə də, belə proseslərə özünü hazırlamalıdır:
“Bu, turizm sənayesinin öz siyasətini yenidən müəyyənləşdirməsi üçün lazımdır. Böhran yekunlaşdıqdan sonra isə ölkəyə turistlərin qəbuluna daha çevik hazır olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm