Deputat dəstəkləyir: “Azərbaycan İnvestisiya Holdinqinin yaradılması strateji qərardır”
Şəymən Bayramova
14:13 08.08.2020
İqtisadiyyat
1044
“Bu Holdinq milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər”
İnvestisiya mühitinin formalaşdırılması prosesləri hər bir ölkənin iqtisadi siyasətinin strateji istiqamətlərindən biri kimi diqqət çəkir. Bunun əsas səbəbi iqtisadi inkişaf proseslərində davamlı şəkildə investisiya resurslarına və maliyyə təminatına zərurətin olması ilə bağlıdır. Dövlətin investisiya siyasətinin optimal formalaşdırılması üçün bütün məsələlər kompleks şəkildə təhlil olunmalı və investisiya siyasətinin ana xətti kimi qəbul edilən mexanizmlər uzunmüddətli dövrü əhatə etməklə əsaslandırılmalıdır.
Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında imzaladığı fərman ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilib.
Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasını strateji qərar adlandıran millət vəkili Hikmət Babaoğlunun "Sherg.az"a açıqlamasına görə, bu Holdinq milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər:
"Ölkəmizdə davamlı struktur və institusional islahatlar həyata keçirilir və bu islahatlar bütün sektorlarda üfüqi və şaquli vektor üzrə aparılır. Yəni islahatlar yeni tipli idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üşün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-istisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır.
COVİD-19 pandemiyasının yaratdığı qlobal şərtlər isə sosial izoliyasiya şəraiti içərisində iqtisadiyyatın canlandırılması və postpandemiya iqtisadiyyatının formalaşdırmasını zəruri edir. Ona görə də milli iqtisadiyyatımızı qorumaq və inkişaf etdirmək üçün yeni və effektiv metodların tapılması və tətbiq edilməsi, yeni iqtisadi alətlərin işə salınması olduqca aktualdır".
Deputatın fikrincə, bütün dünyada sərmayə qıtlığının yaran biləcəyi bir vaxtda milli resursların, xüsusilə dövlət şirkətlərinin iqtisadi potensialının investisya şəklində milli iqtisadiyyatımızın inkişafı üçün səfərbər edilməsi mühüm addım kimi qiymətləndirilməlidir:
"Ölkə rəhbərinin sərəncamında da qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.
Əslində isə bu həm də yeni mərhələdə iqtisadiyyatın liberallaşdırılması şərtlərini daha da optimallaşdırmalıdır ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi formalaşsın. Ona görə də sərəncamda azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsi məsələsinə xüsusi vurğu edilir".
Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin çəkisinin böyük olduğunu vurğulayan H.Babaoğlunun sözlərinə görə, dövlət müəssisələrinin məşğulluqda payı təqribən 25 faizdir.
15 ən iri dövlət müəssisələrinin aktivlərinin həcmi ölkənin Ümum Daxili Məhsul ilə müqayisə edilə bilən səviyyədədir: " Bu nəhəng iqtisadi və maliyyə potensialıdır ki , onun iqtisadi münasibətlər sistemində realizə olunması hətta sıçrayışlı iqtisadi dinamika yarada bilər ki , bu da iqtisadi inkişafımızda tamailə yeni mərhələ yarada bilər" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm