Dolların yaxın 3 ayda bahalaşması gözlənilmir - PROQNOZ
Yusif Nəzərli
05:02 03.04.2025
İqtisadiyyat
410
Hazırda ölkənin milli valyutasının məzənnəsi ilə bağlı heç bir risk yoxdur
Mərkəzi Bank bundan sonra hərraclarda banklara nə qədər dollar satdığı barədə məlumat açıqlamayacaq. Mərkəzi Bankdan verilən açıqlamada deyilib ki, hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur.
İqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az”a açıqlamasında deyib ki, hərracda satılan dollarla bağlı məlumatların gizlədilməsi o qədər də ciddi məsələ deyil:
“Ola bilsin ki, MB banklara satdığı dollarla bağlı məlumatları açıqlayanda bu xəbər adi vətəndaşların xarici valyutaya marağının artmasına səbəb olur deyə, qurum belə bir qərara gəlib. Yəni bir neçə həftə ard-arda dollar alışının çoxalması cəmiyyətdə psixoloji fikir formalaşdırır ki, manata təhlükə var, dollar alıb saxlamaq lazımdır. Halbuki, hazırda ölkənin milli valyutasının məzənnəsi ilə bağlı heç bir risk yoxdur. Neftin dünya bazarında qiyməti hələ də yüksək olaraq qalıb və yaxın 3 ay ərzində də belə bir risk gözlənilmir. Ola bilsin ki, gələcəkdə yaranacaq hər hansı bir riskin qarşısını almaq, psixoloji effekti idarə etmək məqsədilə məlumatların ictimaiyyətdən gizlədilməsinə qərar veriblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Qara dənizdə 5 dronun zərərsizləşdirildiyini açıqlayıb
12:49 11.07.2026
Dünya
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
12:43 11.07.2026
Ekologiya
İran: Müharibə elm infrastrukturuna 300 milyon dollar zərər vurub
12:30 11.07.2026
Gündəm
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Ucarda suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
12:08 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya