“Enerji və spirtli içkilər kəskin bahalaşacaq” - PROQNOZ
Şəymən Bayramova
12:52 18.03.2020
İqtisadiyyat
1402
Natiq Cəfərli:“Azərbaycanda spirtli içkilərin istehsalında xaricdən gətirilən xammalın üstünlük təşkil etdiyini nəzərə alsaq, bunun qiymətlərə təsiri kifayət qədər olacaq”
“Ölkəmizdə aksiz vergilərindən əldə olunan əlavə gəlirin ünvanı göstərilmir. Sanki, hökumət büdcədə yaranan problemləri həll etmək üçün aksiz vergisinin artırılması yolunu tutub”
Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarı martın 19-dan qüvvəyə minir. Qərarla ölkəyə idxal edilən tütün məmulatları, enerji və spirtli içkilər üçün aksiz dərəcələri artırılıb.
Aksiz dərəcəsinin artırılmasının qiymətlərə təsirini şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bahalaşmanın olacağını deyib:
“Aksiz, vergi və gömrük rüsumlarının artırılması sonda mal və xidmətlərin qiymətinin artmasına səbəb olur. İş adamları, təbii ki, ziyanla işləməyəcək və ona görə də qiymətlərin artımı baş verəcək. Azərbaycanda spirtli içkilərin istehsalında xaricdən gətirilən xammalın üstünlük təşkil etdiyini nəzərə alsaq, bunun qiymətlərə təsiri kifayət qədər olacaq”.
N.Cəfərlinin sözlərinə görə, dünyanın bir çox ölkələrində spirtli içkilərlə tütün məmulatlarında vergilərin və aksiz dərəcələrinin artırılması bir o qədər də reaksiya doğurmur:
"Bu, sosial məsələ olmadığı üçün vətəndaşlar tərəfindən o qədər də anormal qarşılanmır. Hətta hökumət bunu sağlam həyat tərzi istiqamətində addım kimi izah etməyə çalışır. Həqiqətən də bu məsələ həm də sağlamlıq məsələsidir, qiymətlərin bahalaşması əhalinin spirtli içkilər və tütün məmulatlarından daha az istifadə etməsinə səbəb olur. Bir çox ölkədə qiymətlərin artırılması yolu ilə spirtli içkilər və tütün məmulatları istehlakının azaldılması qarşıya məqsəd kimi qoyulur və belə addımlar atılır”.
Ekspert onu da əlavə edib ki, dünya ölkələrində spirtli və energetik içkilərin, tütün məmulatlarının aksiz dərəcələri artanda ordan gələn əlavə gəlirin istiqaməti bəlli olur:
“Bu məbləğ sosial layihələrə, tibbi sığortaya və digər əhəmiyyətli məsələlərə xərclənir. Azərbaycanda isə aksiz vergilərindən əldə olunan əlavə gəlirin ünvanı göstərilmir.Sanki, hökumət büdcədə yaranan problemləri həll etmək üçün aksiz vergisinin artırılması yolunu tutub. Halbuki buradan gəlir ayrıca hesablanmalı və icbari tibbi sığortanın ödənilməsinə yönəlsə, daha məqsədəuyğun olar. Dünya ölkələrinin praktikası buna əsaslanır. Azərbaycanda bu təcrübədən istifadə edilmir deyə, qiymət artımı insanlar tərəfindən birmənalı qarşılanmır. Yoxsa ki, spirtli və energetik içkilər, o cümlədən də tütün məmulatları sosial məhsul olmadığı üçün qiymətlərdə kəskin artım olsa belə bu, insanların durumuna ciddi təsir etməməlidir. Hətta bəzi insanların qiymət artımına görə bu məhsullardan imtina etməsi sağlamlıq baxımından faydalı ola bilər. Dediyim kimi dünya ölkələrində qiymət artımı sağlam həyat tərzinə keçidlə izah olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm