Gümüşün qiyməti rekord həddə çatdı

“Comex” birjasında gümüş fyuçerslərinin qiyməti 2011-ci ildən bəri ilk dəfə 39 dolları ötüb.

Teleqraf xəbər verir ki, gümüşün 1 troya unsiyası üçün qiyməti 39,01 dollar (+4,57%) təşkil edib.

2025-ci ilin avqustunda çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 0,75% artaraq 1 troy unsiyası üçün 3 369,8 dollar olub.