“Gürcüstan Hava Yolları” müflis olduğunu təkzib edib
Yusif Nəzərli
14:45 07.02.2022
İqtisadiyyat
545
“Gürcüstan Hava Yolları” şirkəti müflis olmayıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, müxtəlif mətbuat orqanlarında aviaşirkətin bankrot olmasına dair yer alan məlumatlar həqiqətə uyğun deyil.
“Gürcüstan Hava Yolları” reabilitasiya mərhələsindədir. Bu, o deməkdir ki, aviaşirkət fəaliyyətini davam etdirir və müntəzəm reyslər yerinə yetirir. Hazırkı mərhələdə Tel-Əviv, Amsterdam və Vyanaya kommersiya uçuşları həyata keçirilir. Digər istiqamətlərə uçuşların bərpası və başqa məlumatlar şirkətin rəsmi internet səhifəsində və sosial media hesablarında yerləşdiriləcək”, - sənəddə deyilir.
Aviaşirkət dezinformasiya yaymaqdan çəkinməyə və hər hansı bir məlumatı əvvəlcə onlarla dəqiqləşdirməyə çağırış edib.
Xatırladaq ki, ötən ay qonşu ölkənin flaqman aviaşirkətinin koronavirus pandemiyası səbəbindən bankrot olması barədə informasiyalar yayılıb. Daha sonra “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya özəl “Gürcüstan Hava Yolları”nın 150 milyon ABŞ dollarına satışa çıxarıldığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya