
İpoteka kreditləri ilə bağlı PROBLEMLƏR:“İki məsələ həllini tapsa...”
Yusif Nəzərli
11:29 08.02.2022
İqtisadiyyat
794
“Daha ciddi irəliləyişlər əldə etmək olar və mənzilə çıxış imkanları genişlənə bilər”
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 37 001 borcalana 2 milyard 012,647 milyon manat kredit verib. Bu barədə İKZF-in açıqlamasında bildirilir. Bundan başqa, qurumdan bəyan edilib ki, indiyə qədər 278,743 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 344 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Amma müşahidələrə əsasən deyə bilərik ki, ölkədə əhalinin bütün qisimləri bu fondun imkanlarından açıq şəkildə yararlana bilmir. İKZF-nin təklif etdiyi seçimlərin məhdud olması cəmiyyətin aşağı təbəqələri üçün problem yaradır.

Bu sahədəki durumu dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az” a bildirib ki, ipotekanın verilməsində vəziyyət ürəkaçan deyil:
“İpoteka kreditlərinin həcmi çox azdır. Bunun səbəbi faizlərin hələ də yüksək olmasıdır. Yalnız sosial ipoteka insanlara sərf edən səviyyədədir. Amma onun da həcmi və sayı yetərli deyil.
Digər ipoteka növləri isə daha bahadır. Faiz nisbətləri 8-14 arasında dəyişir. Bu isə çox zaman vətəndaşlara sərf edən faiz dərəcəsi olmur.
Bir də təklif çox deyil, ipoteka ilə satılan mənzillərin sayı aşağıdır. Mənə elə gəlir ki, bu iki problem həllini tapsa, ipoteka ilə daha ciddi irəliləyişlər əldə etmək olar və mənzilə çıxış imkanları genişlənə bilər”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya