İtaliya hazırda Avropada təbii qaz anbarlarında ən çox ehtiyata malik ölkədir
12:43 06.02.2022
İqtisadiyyat
385
Avropanın təbii qaz anbarlarının doluluq nisbəti ötən ilin yanvar ayının sonuna 52 faiz olduğu halda, bu ilin eyni dövründə 37,5 faizə geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” məlumat yayıb.
Belə ki, keçən ilin yanvar ayında Avropadakı təbii qaz anbarlarında təxminən 60 milyard kubmetr qaz olub və doluluq nisbəti 52 faiz təşkil edib. Cari ilin ilk ayında isə bu göstərici 18 milyard kubmetr azalaraq 42 milyard kubmetrə enib, anbarların doluluq səviyyəsi isə 37,5 faiz olub.
Avropada təbii qaz anbarlarında ən çox ehtiyata malik ölkə 10 milyard kubmetrlə (doluluq nisbəti 47 faiz ) İtaliya olub. Qeyd edək ki, İtaliya TAP boru kəməri ilə idxal etdiyi Azərbaycan qazı sayəsində öz anbarlarını bu həcmdə doldura bilib.
Sonrakı yerlərdə 8,7 milyard kubmetrlə (doluluq nisbəti 35 faiz) Almaniya və 4,4 milyard kubmetrlə (doluluq nisbəti 33 faiz) Fransa qərarlaşıb.
Qaz çənlərinin doluluq nisbətinə görə sıralamada isə 200 milyon kubmetrlik anbarlarının 80 faizinin dolu olduğu Portuqaliya və 750 milyon kubmetrlik anbarlarının 75 faizi dolu olan Böyük Britaniya yer alıblar.
Hazırda Avropadakı qaz anbarlarının doluluq nisbəti 36,6 faiz təşkil edir.
Mütəxəssislərə görə, qitədəki anbarlarda təbii qaz həcmlərinin azalmasına tələbatın kəskin artması və qışın soyuq keçməsi səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya