Kənd təsərrüfatına TƏHLÜKƏ:“Çəyirtkələr sahələrə ciddi ziyan vura bilər”
Şəymən Bayramova
10:08 16.03.2020
İqtisadiyyat
1152
Vahid Məhərrəmov:"Çəyirtkələr o qədər sürətli və dinamikdir ki, bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər”
Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Hazırda çöl çəyirtkələri gündə 150 km məsafə qət edir. Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir. Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli olduğunu vurğulayıb.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov “Sherg.az”a açıqlamasında çəyirtkələrin Azərbaycan ərazisinə hücumunun mümkün olduğunu qeyd edib. Onun sözlərinə görə, belə hal bir neçə dəfə baş verib:
"Çəyirtkələrin digər ölkələrdən Azərbaycana axını 2-3 ildən bir təkrar olunur. Azərbaycanın kənd təsərrüfatına, xüsusən də taxıl sahələrinə ciddi ziyan vuran bu həşəratlara qarşı əvvəlcədən mübarizə tədbirləri aparmaq mümkündür. Bu üsullar kimyəvi və zəhərli maddələrdən istifadə etməklə yanaşı, bioloji və mexaniki vasitələrlə həyata keçirilə bilər.
Profilaktik tədbirlər keçirməklə çəyirtkələrin hansı rayonlarda daha çox yayılacağını müəyyənləşdirib qabaqlayıcı önləmlər almaq olardı. Düzdür, çəyirtkələrin hücumunun tam şəkildə qarşısını almaq mümkün deyil. Onlar sürətlə çoxalır, sürətlə hərəkət edib yayılır, digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratların vurduğu ziyanın ölçüsü böyük olduğundan müəyyən tədbirlərlə həmin fəsadların faizini aşağı salmaq olardı. Ən azından vaxtlı-vaxtında mübarizə tədbirləri görmək lazım idi.
Lakin təəssüflə qeyd edim ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində heç vaxt xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik addımlar atılmır.
Tədbirlər görülməlidir ki, çəyirtkələr hücum etsə belə, onlar nəsilartırma fazasına qədər yaşaya bilməsinlər. Dediyim kimi bizdə belə bir mübarizə tədbirləri aparılmır. Ona görə də kənd təsərrüfatı sahəsini çox ciddi təhlükə gözləyir. Əkin sahələrini tamamilə məhv etmək qüdrətində olmasalar da, fəsadları böyük olacaq".
Çəyirtkələrin sayının göstərilən qədər olmadığını düşünən V.Məhərrəmov rəqəmlərin şişirdildiyini güman edir:
"Çəyirtkələr o qədər sürətli və dinamikdir ki, bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Düşünmürəm ki hamısı dəstə şəklində Azərbaycana keçsin. Bir hissəsi digər qonşu regionlara da yayılacaqlar. Bir hissəsi isə məhv olacaq".
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz