“Kənd təsərrüfatının inkişafı üçün mövsümi əlverişlilik var”
Banuçiçək Kalbalıyeva
09:27 08.07.2020
İqtisadiyyat
1077
Ötənlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısı vacib məqamlara toxunub. Ölkə lideri koronavirus pandemiyası ilə əlaqədar iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunduğunu qeyd edib:
“Məsələn son ayların nəticələrinə əsasən, kənd təsərrüfatındakı 3 faizdən çox artım, habelə qeyri-neft sektorundakı 16 faiz artım bunu sübut edir.
Qeyd edilən faktlarla bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, bunu normal qarşılamaq lazımdır:
“Bildiyiniz kimi, kənd təsərrüfatının inkişafı üçün mövsümi əlverişlilik var. Odur ki, artım olmalı idi. Mövcud şərait buna zəmin yaradırdı. Qeyri-neft sektorunun inkişafını təmin edən isə bu istiqamətdə qəbul edilən proqramlardır. Həmin proqramların hər biri iqtisadiyyatdakı tarazlılığı təmin etməyə hesablanıb”.
Ekspert, həmçinin gələcəklə bağlı proqnozlarını da verdi:
“İlin sonuna doğru dünya iqtisadiyyatında azalmalar, sıxılmalar müşahidə olunacaq. Azalmalar Azərbaycana təsirsiz ötüşməyəcək. Bu, iqtisadiyyatımızda hansısa çatışmazlığın olması demək deyil. Sadəcə pandemiyanın təbii fəsadlarıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya