Kritpovalyuta birjaların Ukrayna ərazisində fəaliyyəti tam qanuniləşdi - Osman Gündüz
10:25 20.02.2022
İqtisadiyyat
434
"Ukraynada kriptovalyutalar hüquqi status qazandı".
"Sherg.az" xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Ekspert bildirib ki, Ukrayna nə qədər müharibə vəziyyətində olsa da həyat öz axarında, tam sürətlə davam edir:
"İki ildir müzakirədə olan “Virtual aktivlər haqqında” qanun (kriptovalyuta bazarını tənzimləyən qanun) ötən gün qəbul edilib. Xatırlayıram ki, ötən ilin sonu prezident Zelenski kriptovalyuta əməliyyatlarını tənzimləyən bu qanun layihəsini imzalamadan geri qaytarmışdı. Prezident qanun layihəsinə tənzimləmə ilə bağlı bir sıra əlavələr təklif etmişdi. Adı çəkilən qanun layihəsi prezidentin təklif etdiyi əlavələrlə birlikdə təsdiqlənib. Beləliklə, kriptovalyutalar bu ölkədə hüquqi status qazanmış oldu. Kritpovalyuta birjaların Ukrayna ərazisində fəaliyyəti tam qanuniləşdi.
Ukraynalılar beynəlxalq kriptovalyuta birjalarında sərbəst iştirak edə biləcəklər. Bütün bazar iştirakçılarının hüquqları məhkəmələrdə qorunacaq".
O.Gündüz bəyan edib ki, bu gündən etibarən bütün xarici kripto birjalar da Ukraynada sərbəst fəaliyyət göstərə bilərlər:
"Onlardan yalnız Qiymətli Kağızlar Komissiyasında qeydə alınmaq tələb olunur. Ukraynanın Rəqəmsal Transformasiya naziri adı çəkilən qanunun Ukraynada innovasiyaların, virtual aktivlərin və rəqəmsal sahibkarlığın inkişafına, kriptovalyuta sahəsində şəffaf investisiya mühitinin formalaşmasına ciddi təkan verəcəyini bildirib. Düşünürəm ki, ən yaxın müddətdə Ukraynada regionun, ümumiyyətlə MDB məkanının ən böyük kriptovalyuta bazarı formalaşacaq. Bizim qanunvericilərimiz isə hələlik xaricdə yerləşən qlobal sosial media resurslarının fəaliyyətini ölkəmizdə tənzimləmək üstündə baş sındıdırırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət