Magistraturaya ixtisas seçiminin nəticələri 2 günə açıqlanacaq

Magistratura ixtisas seçimi nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.

Bu barədə Sherg.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İxtisaslaşma seçimi 7-16 iyul tarixlərində aparılıb.

İxtisaslaşma seçiminə magistraturaya 16 fevral və 11 may tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.