Mehridən dəmir yolu xətti mütləq çəkiləcək
Turan
09:07 29.12.2020
İqtisadiyyat
769
Bu məsələdə Ermənistanın söz haqqı tanınmır
"Rusiya Ermənistandakı yol çəkilişinə hazırlıq görməlidir. Bu işi həyata keçirmək üçün ciddi maliyyə tələb olunur"
Ermənistanın Baş naziri Nikol Paşinyan televiziyaya müsahibəsində Mehri dəhlizindən danışarkən sərsəm fikirlər söyləyib. Baş nazirin iddiasına görə, Azərbaycan birtərəfli qaydada hansısa dəhliz ala bilməz. Onun fikrincə, regiondakı bütün kommunikasiya bərpa olunmalıdır: “Azərbaycan Mehridən dəhliz alacaqsa, o halda Ermənistan öz vətəndaşlarının və yüklərinin Naxçıvan ərazisindən keçid hüququ əldə etməlidir. Qarabağla bağlı üçtərəfli razılaşmada Azərbaycanın birtərəfli şəkildə hüquq əldə etməsindən söhbət getmir. Bununla bağlı heç nə qeyd olunmayıb”.
Paşinyan Azərbaycanla sərhəddə delimitasiya prosesinin getməsini də təkzib edib. Bildirib ki, sadəcə dəqiqləşmə işləri aparılır və bu proses sürətlə getməyəcək. Görünür, Paşinyan Laçın dəhlizində ermənilər üçün 5 km-lik təhlükəsizlik zolağının ayrılmasını “unudub”. Əks halda absurd iddialar ortaya ataraq, Mehri dəhlizinin qarşılığında Naxçıvandan ikinci “dəhliz” istəməzdi.
Ermənistan baş nazirinin yeni avantürasını “Şərq”ə təhlil edən politoloq İlqar Vəlizadə bildirib ki, reallıq Paşinyanın istək və arzularından tamamilə başqadır. Ekspertin sözlərinə görə, Mehri dəhlizi ilə bağlı Azərbaycan və Rusiya arasında müzakirələr aparılır və burada Ermənistana söz haqqı tanınmır:
“Baş nazir Nikol Paşinyan məşhur yalançıdır. Bunu nəinki müxaliflər, hətta onun komandasında təmsil olunan şəxslər də dilə gətirirlər. İndi müzakirəsi gedən Mehri dəhlizi daxil olmaqla vaxtı ilə Azərbaycan və Ermənistanı birləşdirən dəmiryol xətti var idi və fəaliyyət göstərirdi. Münaqişə başlayandan sonra həmin marşrut ləğv olundu. Ermənilər sadəcə Mehri istiqamətində deyil, işğal etdikləri Füzuli rayonunun Horadiz qəsəbəsindən Ermənistana qədər bütün xətləri söküb, dağıtdılar.
10 noyabr üçtərəfli Bəyannaməsində məhz həmin dəmir yolunun bərpasından söhbət gedir. Bununla bağlı anlaşmada konkret müddəa var. Noyabrın sonlarında Rusiya Dəmir Yollarının “Cənubi Qafqaz dəmir yolu” idarəsinin nümayəndələri Mehriyə baş çəkiblər, əvvəlki marşrut üzrə müzakirələr və məsləhətləşmələr aparıblar. Bu işi Rusiya tərəfinin öz üzərinə götürməsi başadüşüləndir. Üçtərəfli bəyannamədə göstərilib ki, Mehri dəhlizini Rusiyanın Federal Təhlükəsizlik Xidməti qorumalıdır.
Digər tərəfdən Ermənistan ərazisindən keçən dəmir yol xətti əvvəllər də rusların nəzarətində olub. Ona görə bərpa və mühafizə işlərini birbaşa Rusiya həyata keçirəcək. Ermənistanın məsələyə qarışmaq səlahiyyəti yoxdur”.
Analitik vurğulayıb ki, dəmir yolunun çəkilişi xeyli vaxt apara bilər:
“Əvvəla Azərbaycan öz ərazisində infrastrukturu yenidən qurmalıdır. Rusiya isə Ermənistandakı yol çəkilişinə hazırlıq görməlidir. Bu işi həyata keçirmək üçün ciddi maliyyə tələb olunur. Pandemiya dövrünü və müəyyən iqtisadi problemləri nəzərə alsaq, prosesin bir qədər yubanacağını proqnozlaşdırmaq mümkündür. Görünür, vaxt uzandıqca Paşinyan sərsəm iddialar səsləndirməyə davam edəcək. Baş nazir fürsətdən yararlanaraq, insanları çaşdırmağa, öz yalanları ilə böyük zərbə almış siyasi nüfuzunu, reytinqini nisbətən yüksəltməyə cəhd göstərir.
Ancaq proseslər Paşinyanın istəyindən və dediklərindən fərqli reallaşmaqdadır. Bir müddət sonra ermənilər baş nazirin yalan söylədiyinin şahidi olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə