Məhsul bol olarsa, kəndlinin üzü gülər
02:30 09.07.2021
İqtisadiyyat
894
Ona görə kəndliyə torpaq da, pul da, məsləhət də vermək lazımdır
Azərbaycanda son vaxtlar statistik göstəricilər onu göstərir ki, pandemiya kənd təsərrüfatına bir o qədər də mənfi təsir göstərməyib. Belə ki, ölkəmizdə 2020-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2165,1 milyon manat təşkil edib ki, onun da 1721,9 milyon manatı heyvandarlıq, 443,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 5,3 faiz artıb.
Ancaq nəzərə alaq ki, bir sıra dövlətlər tərəfindən, xüsusən də Rusiya tərəfindən kənd təsərrüfatına bu il qoyulan sanksiyalar fermerlərə ciddi ziyan vurub. Çünki onların məhsulları bu səbəbdən dəfələrlə sərhədlərdə qaldı və istifadəyə yararsız hala düşdü. Həmçinin bu il rayonlarda baş verən təbii fəlakətlər, daşqınlar da kənd təsərrüfatı məhsullarına ciddi mənfi təsir edib. Bəs Azərbaycan gələcəkdə ciddi şəkildə qida təhlükəsi ilə qarşılaşa bilərmi?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda kənd təsərrüfat məhsullarının xarici, xüsusən də Rusiya bazarına çıxması, siyasətlə bağlıdır. Yəni münasibət yaxşıdırsa, sərhəddə problem yaşanmır:
Gömrükdə də bəzən süni maneələr yaranır. Amma bunu ümumi plana aid etmək düz deyil. Sahibkarlar qeyd edirlər ki, Azərbaycan hökuməti Rusiya ilə danışıqlar apardıqdan sonra, gözləmələrin sayı azaldı. Bildiyiniz kimi, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdür. Bu baxımdan bizim Rusiya ilə olan ticarət əlaqələri geniş şaxəli olsa da, bu, daxili baxımdan Rusiyada bəzi qüvvələrə sərf etmir. Onlarda təzyiq vasitəsi kimi, idxal olunan pomidorlarda hər hansısa xəstəlik tapırlar və ya Gömrük postunun gün ərzində bu qədər mal keçməsi üçün nəzərdə tutulmadığını qeyd edirlər. Düzdür, pomidorda xəstəlik ola bilər. Amma bu, kütləvi formada bütün məhsullara təsir etməməlidir. Ölkədə Kənd Təsərrüfatı İnstitutu dərin köklərə malikdir, amma tam formalaşmayıb. Məsələ proqnoz baxımdandır. Düzdür, kəndliyə nə əkməyi əmr edə bilməzsən. Amma sən araşdırma aparıb təxmin edə bilərsən ki, bu il bu məhsulların çox əkilməsi kəndli üçün ziyan olacaq. Əgər sənin qeydin düz çıxsa, artıq kəndlidə sənə qarşı inam yaranacaq. Onlar da məcbur olub, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış institutların mövqelərini nəzərə alacaqlar".
İqtisadçı vurğulayıb ki, ölkədə kredit siyasəti düzgün qurulmayıb:
"Hesab edirəm ki, hökumət institutları gəlib torpağın tərkibindən nümunə götürüb kəndliyə deməlidir. Yəni kəndli bilməlidir ki, həyətyanı sahəsinin sağ hissəsində kartof, sol hissəsində kələm, kök və s. əksə daha çox xeyir götürəcək. Bu baxımdan da artıq kəndli rahat şəkildə, xərcə düşmədən öz işini görə biləcək. Bunun üçün dövlət ona kredit verir, gəlirin olması üçün pulsuz mütəxəssislərlə təmin edir.
Nəticədə nə baş verir, kəndli ziyana düşmür. Dövlət bundan xeyir götürür. Bəzən kəndlidə çatışmayan bir cəhət var. Məsələn, 20 ildir torpaq əkir və nəyin nə olduğunu bilmir. Əslində isə texnika inkişaf edir, bundan əlavə mütəxəssislər də öz üzərində işləyib çalışırlar ki, müasir dövrlə ayaqlaşsınlar. Bu baxımdan mənəm-mənəmçilik kəndlinin öz düşmənidir. Ola bilər, ölkədəki mütəxəssislərə inanmır.
Ən azından kəndlinin də müəyyən savadı olmalıdır ki, müasir dövrlə ayaqlaşsın. Hesab edirəm ki, kənd təsərrüfatı sahəsinin işçiləri özlərinə kurs keçdikdən sonra, kənd nümayəndələri ilə görüşüb, məsələni onlara izah etməlidirlər.
Bundan əlavə vaxtilə rüşvətlə verilən kredit məsələsi tamamilə sıradan çıxmalıdır. Bunun üçün Hesablama Palatası daim yoxlama aparmalıdır. Vaxtilə başında durub, cəzalanmayan insanlar bu gün cəzalanmalıdırlar. Əks halda kəndlinin inamını qazanmaq çətin olacaq. Hollandiya kənd təsərrüfatı siyasəti burada təbliğ olunmalıdır.
Düzdür, effekt 100 faiz verməyə bilər. Çünki fərqli yerlərdə yerləşən ölkələrdir. Amma müəyyən tərəfdən inkişafa təkan verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol