Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Yusif Nəzərli
10:54 12.02.2022
İqtisadiyyat
567
“Beynəlxalq təşkilatların, dünyanın aparıcı mərkəzi banklarının və Azərbaycan hökumətinin proqnozları ondan ibarətdir ki, ilin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru getməlidir”.
Bunu “Report”a Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, bütövlükdə Azərbaycan hökuməti və Mərkəzi Bankı qarşısında duran başlıca hədəf inflyasiyanın həcminin, səviyyəsinin azaldılmasıdır: “Bildiyiniz kimi, inflyasiya olduqca qlobal bir iqtisadi proses kimi qarşımızda durub. Artıq yanvar ayının nəticələrində də görürük ki, dünyanın aparıcı ölkələrində inflyasiyanın səviyyəsi qalxmaqda davam edir”.
E.Rüstəmov qeyd edib ki, bu istiqamətdə biz beynəlxalq inflyasiyanın azalmasına çox ümid edirik: “Çünki monetar, pul-kredit siyasəti sərtləşməlidir. Onlar antiinflyasiya tədbirlərini gücləndirməlidirlər ki, həm öz ölkələrində inflyasiyanı məhdudlaşdırsınlar, həm də Azərbaycana inflyasiya idxalını azaltsınlar. Digər tərəfdən, inflyasiyanın daxili amilləri də nəzarətdədir. Biz monetar siyasəti addım-addım sərtləşdirməyə doğru gedirik”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 %, qeyri-ərzaq məhsulları üzrə 105,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 % təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 % olub.
Mərkəzi Bankın proqnozlarına görə, bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6 %) yuxarı - 6,6-7,5 % təşkil edəcəyi gözlənilir.
Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7 % artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət