Musa Quliyev: "Milli valyutamıza dəstək verməliyik"
Turan
10:17 13.03.2020
İqtisadiyyat
939
“Dolların qalxması və ya neftin ucuzlaşmasının uzun müddət davam etməsi barədə deyilən nəzəri və fantastik fikirlərə ehtiyac yoxdur”.
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputatın sözlərinə görə, baş verən proseslərə Azərbaycan Prezidentinin nəzarətindədir və baş verən proseslərə adekvat olaraq müvafiq addımlar atılır:
“Bir də ki, neftin qiymətinin enməsi koronavirusla bağlıdır və problem 1-2 ay müddətinə aradan qalxacaq. Çünki neftin qiymətinin enməsinin heç bir elmi əsası yoxdur. O baxımdan əmanətlərin 3 il müddətinə uzadılmasına da ehtiyac yoxdur”.
Komitə sədri onu da deyib ki, əgər zərurət yaranarsa, parlament məsləyə yenidən baxıb, müddəti uzada bilər:
“Bəzi qüvvələr tərəfindən əhali arasında məqsədli olaraq ajiotaj yaradılır. Azərbaycan hökumətinin problemin həlli ilə bağlı yetərincə imkanları olduğundan əhali arasında ajiotajın yaranmasına ehtiyac yoxdur”.
M.Quliyev onu da əlavə edib ki, bu məslədə bir milli-mənəvi məqamlar var və biz bunun üzərində işləməliyik:
“Yadınızdadırsa. Bir müddət əvvəl Türkiyədə dollar problemi yarananda evində 100 dolları olan belə gedib dollarını milli valyutaya çevirməklə Türk lirəsinə dəstək verdi. Odur ki, biz də belə bir addım atmaqla milli valyutamıza dəstək verməliyik. Bu işdə media da öz töhfəsini verməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm