Pensiyalarda yeni amnistiya tətbiq olunacaq
07:43 26.12.2022
İqtisadiyyat
659
Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub.
APA-nın xəbərinə görə, dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.
Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.
Komitənin üzvü Vüqar Bayramov APA-ya açıqlamasında bildirib ki, əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırmada da məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır.
Bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək. Yeni dəyişikliklərin gələn aydan qüvvəyə minəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya