
“Qarabağda bərpaolunan enerjidən istifadəsi hədəflənib”
Yusif Nəzərli
14:56 11.02.2022
İqtisadiyyat
717
Fevralın 11-i Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlərdən söz açıb. Prezident azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük potensial olduğunu bildirib. Həmçinin yerli və xarici investorları bu sahəyə sərmayə qoymağa dəvət edib. Qeyd olunub ki, Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var.
“Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.

Prezidentin müsahibəsində bərpaolunan enerjinin potensialı məsələsinə toxunması ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirib ki, ətraf mühitin qorunması üçün bərpaolunan enerjiyə diqqətin artırılması müsbətdir:
“Dünya ölkələri qlobal istiləşmə, karbon qazının atmosferə buraxılması ilə bağlı bəzi öhdəliklər qəbul ediblər. Dünyamızı qorumaq üçün Birləşmiş Millətlər Təşkilatı 17 davamlı inkişaf məqsədləri formalaşdırıb. Bunlara ətraf mühiti qoruma, təmiz iqtisadi avadanlıqlardan istifadə edilməsi kimi məsələlər daxildir. Artıq sahibkarlıq obyektlərinin ekologiyaya zərər vurmasının qarşısının alınması istiqamətində alternativlər müəyyənləşdirilir. Neftdən, qazdan imtina edilərək su, günəş, külək kimi bərpaolunan enerji mənbələrindən istifadə məsələsi önə çıxıb. Qarabağda qurulacaq yeni şəhər və kəndlər üçün də elə bərpaolunan enerjidən istifadəsi hədəflənib”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya