Rövnəq Abdullayev SOKAR-dan niyə çıxarıldı?- “Elə yataqlar var ki, artıq tükənib”
Yusif Nəzərli
15:56 11.02.2022
İqtisadiyyat
591
“Yəni bu şirkət artıq əsas ehtiyatları - neft-qaz yataqları tükənməyə doğru gedən şirkətdir”
“Bu şəraitdə Azərbaycanın iqtisadiyyatında önəmli rol oynayan bir şirkətin əlavə dəyər yaradan şirkətə çevrilməsi yolunda islahatlar aparılır. Bax, bu dəyişiliklər onun təzahürüdür”
Ötən gün Prezident İlham Əliyev Sərəncam imzaladığı sərəncam əsasında Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
SOCAR-da baş verən kadr dəyişikliyi ilə bağlı “Sherg.az”a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, ARDNŞ – də islahatlara 23 yanvar 2021-ci il fərmanı ilə start verilib:
“O zaman da deyilib ki, indiyə qədər mövcud olmuş ARDNŞ artıq mövcud olmayacaq. Çünki Müşahidə Şurası, Azərbaycan İnvestisiya Holdinqi kimi bir sıra yeni qurumlar yarandı. 2005-ci ildə Rövnəq Abdullayev bu quruma prezident təyin edildikdən sonrakı dövrdə şirkətin missiyası tamam fərqli idi.
Böyük neft gəlirləri zamanı ölkə daxilində olan neft-qaz şirkətinin ölkə sərhədlərini aşması, ölkənin daxilindəki neft-qaz layihələrində aktiv oyunçuya çevrilməsi və.s kimi vəzifələr qoyulmuşdu. 15 ildən az müddət ərzində şirkət bu vəzifələri həyata keçirdi”.
İ.Şaban şirkətin hazırkı missiyalarından da söz açıb:
“İndi isə şirkətin qarşısında tam başqa vəzifələr qoyulur. 19-cu əsrdə işlənməyə başlayan neft yataqları var və hələ də fəaliyyətinə davam edir. Onlar artıq tükənmək üzrədir. Elə yataqlar var ki, artıq tükənib. Yəni bu şirkət artıq əsas ehtiyatları - neft-qaz yataqları tükənməyə doğru gedən şirkətdir. Bu şəraitdə Azərbaycanın iqtisadiyyatında önəmli rol oynayan bir şirkətin əlavə dəyər yaradan şirkətə çevrilməsi yolunda islahatlar aparılır. Bax, bu dəyişiliklər onun təzahürüdür. Hazırda yeni komanda və idarəçilik gəlir. Bütün bunlar da bilirik ki, bir fərmanla həyata keçmir. Dövlət SOCAR-ın ölkə iqtisadiyyatındakı rolunu kifayət qədər düzgün qiymətləndirərək çox asta addımlarla bu şirkəti yeni yola salmağa çalışır. Təbii ki, bütün bunlar qısa müddətdə baş verən məsələlər deyil. Çünki dünyanın nəhəng şirkətləri bir neçə ildir, bu keçidin üzərində çalışırlar. Nə zaman real olaraq başa çatacağı məlum deyil.
O cümlədən də biz dünyada baş verənlərdən geridə qalmayaraq bu adddımları atırıq. Nəticəsini təbii ki, bir müddət sonra onun fəaliyyətində, iqtisadi və maliyyə göstəricilərində görəcəyik”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya