Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib - FOTO
Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib - FOTO
Yusif Nəzərli
08:00 22.12.2022
İqtisadiyyat
550
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci il dekabrın 20-də Türkiyəyə səfər edib.
Bu barədə SOCAR məlumat yayıb.
Əvvəlcə nümayəndə heyəti Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Sonra “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib. İclasda cari ilin yekunlarına dair müzakirələr aparılıb, 2023-cü il üçün planlar müəyyənləşdirilib.
Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini həyata keçirən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə Heyətinin iclasında TANAP-ın cari ildəki fəaliyyəti haqqında təqdimatlar edilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.
Səfər çərçivəsində SOCAR prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb. Görüşdə ölkələrimiz arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, Türkiyə və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən energetika sahəsində faydalı əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
2022-ci il dekabrın 21-də SOCAR-ın nümayəndə heyəti, həmçinin Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Melih Han Bilginlə görüşüb. Görüşdə SOCAR və TPAO arasında səmərəli əməkdaşlıqdan bəhs edilib, mövcud və potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya