Şadlıq evləri qiymətlərə yenidən baxmalı olacaq
Şəymən Bayramova
10:34 07.08.2020
İqtisadiyyat
896
"Müğənnilər də hadisədən ibrət götürməlidir"
"Pandemiyadan sonra açılacaq şadlıq evlərində qiymətlərin əhalinin cibinə uyğunlaşdırılması nəzərdə tutulmalıdır. Yəni ortabab vətəndaş üçün 1 masanın qiyməti 15 manatı aşmamalıdır. Müğənnilər də hadisədən ibrət götürməlidirlər".
Bu sözləri "Sherg.az" Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Şadlıq evlərində toy qiymətlərinin baha olmasının subyektiv səbəblərinə toxunan partiya funksioneri deyib ki, ilk sırada xalqın mentaliteti olsa da, bir sıra neqativ amillər şadlıq evlərində qiymətlərin süni şəkildə şişirdilməsinə səbəb olub:
"Xatırlayırsınızsa, müasir evlər yeni tikilən zaman kvadrat metri 150-250 manat arasında dəyişirdi. Sonra şimaldan əsən küləyin təsiri ilə qiymətlər astronomik şəkildə artmağa başladı. Əslində bu günümüzdə belə "sair" xərclər olmasa orta səviyyəli binada 3 otaqlı mənzilin tikintisinin maya dəyəri 10-15 min manatı aşmaz.
Nə yazıq ki, durum ortadadır. Hazırda mənzillər dəyərindən 100-500 dəfə baha qiymətə satılır. İnsanlar da bir mənzil almaq üçün həyatı boyu qazanclarından imtina etməli olurlar. Eyni vəziyyət toy biznesinə aiddir. Şadlıq evlərinin fəaliyyətində tam şəffaflıq olarsa, kənar müdaxilələr sıfıra endirilərsə, o zaman qiymətlərin aşağı salınması qaçılmaz olacaq".
Xidmət sahələrində çalışan insanların da mövcud vəziyyətdən ibrət götürməsini vacib hal kimi qeyd edən V.Əfəndiyev hesab edir ki, onların qazanclarının böyük hissəsi sıravi vətəndaşların hesabınadır:
"Pandemiyanın ortaya çıxardığı mənzərədən nəticə çıxarıb fövqəladə vəziyyətdə hansı günə düşə biləcəklərini gözə alsınlar. Sirr deyil ki, artıq şadlıq evlərinin sahibləri və musiqiçilər dilə gəliblər. Pandemiyadan əvvəl isə şişirdilmiş qiymətlərlə insanların ciblərinə girirdilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi