Sərt tənqid:“Hökumətin absurd qərarlarının ödəyicisi vətəndaşdır”
Banuçiçək Kalbalıyeva
09:15 31.07.2021
İqtisadiyyat
687
“Dünyanın hər yerində, daha doğrusu, seçkili, hesabatlı, məsuliyyətli hökumətlər olan ölkələrdə pandemiyaya görə biznesə, kiçik və orta sahibkarlara müxtəlif növ dəstək proqramları qəbul edilir, biznesi ayaqda tutmaq üçün təşviqedici addımlar atılır. Azərbaycan hökuməti biznesə dəstək bir qırağa, mane olmaq üçün gecə-gündüz çalışır, “kreativ” addımlar düşünür, məntiqi “öldürüb” qərarlar verir”.- Bu sözləri ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“İndi də Nazirlər Kabineti Qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı (AZC) vurulması ilə bağlı qərar verməyə hazırlaşır. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edəcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq. Yəni sahibkar özü uyğunluq bəyannəməsi tərtib edə biləcək, amma doğru tərtib edib-etmədiyini yoxlayacaqlar, yüksək risk qrupuna aid olan malların bəyannaməsini isə müvafiq icra qurumu təsdiqləyəcək. Daha betəri odur ki, bu yüksək risk qrupunun siyahısını da Nazirlər Kabineti özü müəyyən edəcək. Azərbaycanda istənilən “icazə kağızı” əlavə puldur, rüşvətdir, korrupsiya mənbəyidir. İş adamlarını niyə yükləyirlər?! Bilmirlər ki, iş adamları istənilən əlavə xərci mal və xidmətlərin üzərinə gəlir, nəticədə qiymətlər daha da bahalaşır, yəni, hökumətin bütün absurd qərarlarının son ödəyicisi vətəndaşdır, alıcıdır”.
N. Cəfərlinin fikrincə, belə bir qərara ehtiyac yox idi:
“Daha bir önəmli məsələ bu qərarın tam məntiqsizliyi, insanın ağlı ilə “məzələnməsidir”. Belə ki, daxili istehsalın keyfiyyətini, uyğunluğunu yoxlayan bir neçə qurum var. Yenisinə nə ehtiyac?! Guya, ölkə nə qeyri-ərzaq malları istehsal edir ki, hələ bir bunun uyğunluğunu yoxlamağa ehtiyac da olsun?! İkinci bir tərəfdən, ölkəyə idxal olunun istənilən mallar isə məhz sərhəddə yoxlanılır. Onların uyğunluğu, sertifikatları, tərkibi, təhlükəsizliyi məhz sərhəddə yoxlanıldıqdan sonra ölkəyə buraxılır. Zatən sərhəddə Gömrük Komitəsi iş adamlarının başına min oyun açır, lazım olan-olmayan bütün sənədləri tələb edir, sonra malı-məhsulu ölkəyə buraxır. Yaxşı, mal ölkəyə gəldisə deməli, satışa uyğundur. Bundan sonra iş adamı pərakəndə satış üçün niyə kağız almalıdır?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət