Siyasi mənzərə ölkəmizin rolunu artırır
Yusif Nəzərli
10:25 05.02.2022
İqtisadiyyat
696
Azərbaycan Avropanın neft və qaz bazarında imicini etibarlı tərəfdaş kimi formalaşdırıb
Dünən Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycanla enerji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.
Bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi “Twitter”də bildirib.
“Şərq Tərəfdaşlığı” üçün İqtisadi və İnvestisiya Planı davamlı enerji sektoruna və təmiz enerji keçidinə sərmayələri genişləndirəcək”, - Aİ komissarı vurğulayıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsindəki rolu barədə “Şərq”ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu sahədə əsas oyunçu Rusiyadır.
“Avropanın hazırkı qaz istehlakı 550 milyard kubmetr ətrafındadır və ilbəil artır. Azərbaycanın Avropaya qaz hasilatı imkanları o qədər də çox deyil. TAP-ın illik qaz ixracı 10 milyarddır və maksimal 20 milyarda qədər artırıla bilər. TANAP-da bu göstərici 16 milyarddır və 30 milyarda qədər artırıla bilər. Bu borular genişləndirilsə belə ümumilikdə 20-25 milyard kubmetr qaz ixrac etmək potensialımız var. Yəni Azərbaycan Avropanın qaz tələbatının 3-4 faizini ödəyir. Orada əsas oyunçu Rusiyadır və 40 faizə qədər qaz təchizatını həyata keçirir. Bundan başqa Norveç, Əlcəzair, Qətər və digər ölkələr burada pay sahibidirlər.
Digər maraqlı məqam isə mərkəzi Asiya qazının Azərbaycan üzərindən Avropaya ixracı imkanlarının olmasıdır. Bu, mövcud Cənub Qaz Dəhlizinin genişləndiriləməsi hesabına ola bilər. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Türkmənistan, İran və Azərbaycan arasında ötən il saziş imzalandı. Nəticədə Azərbaycan Türkmənistandan qaz almaqla öz qazını daha çox həcmdə satışa çıxarmaq imkanı qazandı”.
İqtisadçı həmçinin qeyd edib ki, bizim potensialımız az olsa da, diversifikasiya baxımından əhəmiyyətliyik:
“Həm də Azərbaycan öz imicini etibarlı tərəfdaş kimi formalaşdırıb. Neftdə və ya qazda Avropanın enerji təhlükəsliyinin qorunmasında ciddi rol oynamasa da, müqavilə öhdəliklərinə riayət edən etibarlı partnyor kimi mühüm rola malikdir. Bizim əsas məqsədimiz əməkdaşlıq etdiymiz ölkələri qaz ilə təchiz etmək və bu yolla öz büdcəmizi doldurmaqdır.
Biz bu bazarda Rusiyanın ciddi rəqibi deyilik. Ancaq Rusiyanın Avropa və Amerika ilə Ukrayna üzərindən münasibətlərinin gərginləşməsi alternativ marşrutların və Azərbaycanın rolunu artırır”.
Sənan İSMAYIL
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya